Modern.az

Bakıda sürücünü ötmə əməliyyatına görə bıçaqladılar

Bakıda sürücünü ötmə əməliyyatına görə bıçaqladılar

12 İyun 2019, 00:34

Bakının Nəsimi rayonunda bıçaqlanma olub.  

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

 

Belə ki, 1981-ci il təvəllüdlü Quliyev Ayxan Mahmud oğlu öz avtomobili ilə digər nəqliyyat vasitəsini ötüb keçərkən, onun bu hərəkəti digər sürücünün xoşuna gəlməyib. Bundan sonra həmin avtomobilin sürücüsü A.Quliyevi saxlayaraq mübahisə edib və sonda ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

Ağır xəsarətlər alan A.Quliyev xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nəsimi polisi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir