Modern.az

Pənah Hüseyn AMİP rəhbərliyinə söz atdı: “Qaşınmayan yerdən qan çıxarmağa girişiblər”

Pənah Hüseyn AMİP rəhbərliyinə söz atdı: “Qaşınmayan yerdən qan çıxarmağa girişiblər”

Aktual

12 İyun 2019, 10:45

“Mən Azərbaycanın gələcəyi naminə keçmişimizdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu dilinə gətirənlərdən və praktik siyasətdə bunu nümayiş etdirməyə çalışanlardanam”.

Modern.az-ın məlumatına görə, bunu sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

Onun sözlərinə görə, son günlər 4 iyun hadisələri barədə heç də sadəcə jurnalist marağı ilə şərtlənmədiyi aydın görünən çoxsaylı suallara kifayət qədər cavab verib:

“Lakin, görünür bəziləri milli- demokratik düşərgənin bu xoş məramlı yanaşmasından yanlış nəticələr çıxarıb "boşluğu" doldurmağa, qaşınmağa və ya qaşınmayan yerdən qan çıxarmağa girişiblər. Son günlər ölkənin demokratikləşdirilməsi istiqamətində birgə proseslər başlatdığımız AMİP rəhbərliyindəki bəzi şəxsləri bu məsələlər üzərində düşünməyə dəvət edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir