Arxiv
12 İyun 2019, 11:21 | AKTUAL
Azərbaycanda uşaqlar 15 yaşından işləyə bilər

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2002-ci ildən 12 İyun gününü – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə günü kimi elan edib. Məqsəd uşaq əməyinin istismarı hallarının aradan qaldırılmasına cəmiyyətin diqqətinin artırılması, bu istiqamətdə hökumət və ictimai təşkilatların birgə səylərinin gücləndirilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, araşdırmalar dünyada işləyən uşaqların sayının 200 milyondan çox olduğunu, hətta onların bir hissəsinin həyat üçün təhlükəli şəraitdə işlədiyini göstərir. Uşaqların əməyinin istismarı onları təhsildən məhrum edir, sağlamlıqlarını zərbə altında qoyur, gələcək inkişafına ciddi mane olur. Ona görə də uşaq əməyinin istismarı hazırda müasir dünyanı narahat edən aktual problemlər sırasındadır.

Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyaları əsasında təkmilləşdirilib.

Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görməklə yanaşı, uşaq əməyinin istismarının qarşısının alınmasına dair ardıcıl təbliğat-maarifləndirmə işləri də aparır. Müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə də respublikamızın müxtəlif bölgələrində işgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Görülən tədbirlər nəticəsində ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma enib.

Uşaq əməyini istismar etmək uşaqların hüquqlarını ciddi şəkildə pozmaq, onların fiziki, sosial-əqli, psixoloji və ruhi inkişafına zərər vurmaqdır. Belə halların qarşısının alınmasında birgə səylərin gücləndirilməsi qarşıdakı dövrdə də prioritet təşkil edəcəkdir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Biləsuvarda ağır qəza - 2 ölü, 4 yaralı 27 İyun 2019, 16:36 Paşinyan hökuməti Azərbaycanı imitasiya edir 27 İyun 2019, 16:26 Prezident Xocəsən-Lökbatan yoluna 13,5 milyon manat ayırdı 27 İyun 2019, 16:13 Tibb müəssisələri ilə bağlı yeni qayda təsdiqləndi 27 İyun 2019, 16:09 Qarabağ cəbhəsində nisbi sakitlik – səbəbi nədir? 27 İyun 2019, 15:59 Tanınmış həkim isti günlərdə necə geyinməyi, nə yeyib-işməyi tövsiyə etdi 27 İyun 2019, 15:58 Ali məktəblərdən və kolleclərdən qovulan tələbələrin sayı açıqlanıb 27 İyun 2019, 15:54 Qənirə Paşayeva AŞPA-da azərbaycanlı uşaqların qətlindən danışdı 27 İyun 2019, 15:42 65 yaşlı Qulu Məhərrəmli 27 İyun 2019, 15:11 Laklı dırnaqla dəstəmaz almaq - İlahiyyatçının biri “HƏ”, o biri “YOX” deyir 27 İyun 2019, 14:37 Parlament sabah iclas keçirəsi olmadı 27 İyun 2019, 14:23 Lombardlara müddətsiz lisenziya veriləcək 27 İyun 2019, 14:16 “BOKT-lar zəifləyib” – Komitə sədri 27 İyun 2019, 14:14 İşə düzəlməklə bağlı DƏYİŞİKLİKLƏR 27 İyun 2019, 14:05 Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiqlədi 27 İyun 2019, 13:55 Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq olunacaq 27 İyun 2019, 13:50 Bakı ermənisi Kiyevin qubernatoru oldu 27 İyun 2019, 13:47 1 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi 27 İyun 2019, 13:44 Sabah yağış yağacaq - HAVA PROQNOZU 27 İyun 2019, 13:34 May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatlarla bağlı çağırış etdi 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08