Modern.az

ATƏT PA prezidenti: “Azərbaycanı dəstəkləyirik”

ATƏT PA prezidenti: “Azərbaycanı dəstəkləyirik”

Aktual

12 İyun 2019, 11:48

"Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir, dialoqun qurulması yolunda addımlar atır. Azərbaycanın bu addımlarını dəstəkləyirik".

Modern.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib. Onun sözlərinə görə, dialoqun gücləndirilməsi üçün işlər görülməlidir:

"Biz bu istiqamətdə kifayət qədər addımlar atırıq. ATƏT dövlətlər arasında dialoqu təşviq edir. 47 üzv dövlət var, həmin dövlətlərin bəzilərində münaqişələr var. Amma buna baxmayaraq, bir masa arxasında müzakirələr apara bilərik".

Georgi Sereteli, "Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür" - deyə sözlərinə davam edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?