Arxiv
12 İyun 2019, 11:50 | AKTUAL
İstehsalat qəzaları: 5 ayda 20 nəfər ölüb

"2019-cu ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan daxil olmuş 3341 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 2472 məktub və sorğu tərəfimizdən araşdırılaraq cavablandırılıb".

 

Modern.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov deyib. O, bildirib ki, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 45 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. 

"Müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işə götürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Törədilmiş inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 764300 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Dövr ərzində istehsalatla əlaqəli sayılmış 88 bədbəxt hadisənin təhqiqatı aparılıb, 3-ü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub". 



İ.Məmmərov qeyd edib ki, istehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması, bu hadisələr zamanı həyatını itirənlərin və xəsarət alanların sayının minimuma endirilməsi məqsədi ilə Xidmət tərəfindən bir sıra maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir. 

"Xidmətin əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 2019-cu il 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 25 sayda maarifləndirmə tədbiri keçirilib və bu ilin sonunadək 35 belə tədbirin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər əsasən uşaq əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, əmək qanunvericiliyinin tətbiq olunması mövzularına həsr olunub". 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36 Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib  18 İyun 2019, 15:35 Sumqayıtın gələcəyini irəlicədən görən rəssam... 18 İyun 2019, 15:25 Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü 18 İyun 2019, 15:21 Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ 18 İyun 2019, 15:18 Avropa Birliyi Kiprə görə Türkiyə ilə danışıqları dondura bilər 18 İyun 2019, 15:15 Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir   18 İyun 2019, 15:09 Polis işçisi intihar etdi 18 İyun 2019, 14:29 Beynəlxalq təşkilat Bakıda mərkəz açmaq istəyir 18 İyun 2019, 14:21 Azərbaycana Çindən turist axını gözlənilir - RƏSMİ 18 İyun 2019, 14:13 Ağstafadakı dəhşətli güllələnmənin görüntüsü yayıldı - VİDEO 18 İyun 2019, 14:11 Qarabağda erməni hərbçi öldü 18 İyun 2019, 14:08 Rayonlarda nə qədər taxıl biçilib? - CƏDVƏL 18 İyun 2019, 14:02 Ümumdünya Turizm Təşkilatının Bakı sessiyasında bir ilk YAŞANDI 18 İyun 2019, 13:54 Qarabağ həqiqətləri ilə bağlı film İsveçdə nümayiş olunacaq 18 İyun 2019, 13:53 Bakı-Məşhəd marşrutu üzrə razılıq əldə olundu 18 İyun 2019, 13:42 Deputat sığorta şirkətlərini ittiham etdi 18 İyun 2019, 13:37 Hərrac keçirildi - manatın məzənnəsi formalaşdı 18 İyun 2019, 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 18 İyun 2019, 12:50 UEFA-nın eks-prezidenti Mişel Platini həbs olundu 18 İyun 2019, 12:44 Bakıda qadını şəkillərilə şantaj edən kişi tutuldu 18 İyun 2019, 12:37 Bakı-Qazax yolunda 3 hindistanlı ölüb - DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı 18 İyun 2019, 12:26 “Qarabağ” radikalizmə “yox” deyir 18 İyun 2019, 12:19 Metro yay qrafikinə keçir - Qatar sayı azalır, interval artır 18 İyun 2019, 12:10 Daha 687 şəhidin vərəsəsinə ödəmə veriləcək 18 İyun 2019, 12:05 “Şəhid mayor mənim əmrimi icra edib” – Zakir Həsənov 18 İyun 2019, 12:04 Adı gözəl, özü gözəl… 18 İyun 2019, 11:54 Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü gördü   18 İyun 2019, 11:44