Arxiv
12 İyun 2019, 12:46 | AKTUAL
Gözdən əlilliyi olan şəxslər üçün yeni bina tikilir

Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.

 

Prezident İlham Əliyevin 11 iyun 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib.

Sərəncam Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutur. Cari ildə  müvafiq  layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.

Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.

Gözdən əlilliyi olanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan biri kimi, Bakının Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadə imkanlarına malik olması üçün Regional İnformasiya Mərkəzləri yaradılıb.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər aylıq sosial müavinət və ya  əmək pensiyası ilə təmin olunurlar. Həmin müavinət və ya əmək pensiyası ilə yanaşı, I qrup gözdən əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir. 15 aprel 2019-cu il tarixli Fərmanla isə I qrup gözdən əlilliyi olanlara qulluq edənlər üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü də təsis edilib. Pensiya qanunvericiliyində I qrup əliliyi olanlar (o cümlədən gözən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında güzəştlər nəzərdə tutulub.

 

Bu kateqoriyadan olanların məşğulluq imkanlarının və əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə də müvafiq işlər aparılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
LDU-da yeni tələbə yataqxanası və tədris korpusları istifadəyə verildi - FOTOLAR 16 Sentyabr 2019, 17:00  “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi 16 Sentyabr 2019, 16:53 “Azərbaycanın Dostları” adlı sosial şəbəkə istifadəyə verilib 16 Sentyabr 2019, 16:53 Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın!   16 Sentyabr 2019, 16:48 Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA 16 Sentyabr 2019, 16:44 Gömrük Akademiyasında Bilik günü... 16 Sentyabr 2019, 16:25 Lənkəranda tələbə yataqxanası və məktəb istifadəyə verildi 16 Sentyabr 2019, 16:22 Azərbaycanda yeni “ənənə”: gənc qızlarla yaşlı kişilərin evlənməyi - Doğrudan yaşın fərqi yoxdur?.. 16 Sentyabr 2019, 16:20 Gecə yuxu görən qadın üzüyünü uddu - FOTO 16 Sentyabr 2019, 16:16 Nazir müavini: “Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır” 16 Sentyabr 2019, 16:02 “Tarixlərin ən yaxşısı” nəşrə hazırlanır 16 Sentyabr 2019, 15:55 Müsavatın qurultayının vaxtı bilindi 16 Sentyabr 2019, 15:54 Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni təhsil ocaqları istifadəyə verilib 16 Sentyabr 2019, 15:53 Putin və Ruhani Türkiyədə 16 Sentyabr 2019, 15:49 Konqoda Eboladan ölümlər davam edir: ölənlərin sayı 2 minə çatdı 16 Sentyabr 2019, 15:42 6 rayonda güzəştli gübrə satılacaq 16 Sentyabr 2019, 15:38 Azərbaycanın ən çox alıb-satdığı mallar, ticarət etdiyi ÖLKƏLƏR 16 Sentyabr 2019, 15:35 Qənirə Paşayeva: “Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir” 16 Sentyabr 2019, 15:22 “Rusiya istəsə də dollardan imtina edə bilməz” 16 Sentyabr 2019, 14:49 Bakıda binaların dam örtüyü dəyişdirilir 16 Sentyabr 2019, 14:44 UNİCEF-in Azərbaycan üzrə rəhbəri Goranboyda 16 Sentyabr 2019, 14:38 Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir   16 Sentyabr 2019, 14:29 5 Xəzəryanı ölkənin səlahiyyətli mümayəndəsi Bakıda toplaşacaq 16 Sentyabr 2019, 14:22 Bakı Mühəndislik Universitetində yeni dərs ili - FOTOLAR 16 Sentyabr 2019, 14:12 Ceyhun Bayramov Qubanın kəndində məktəbin açılışında   16 Sentyabr 2019, 14:06 “Bu il Azərbaycanda üzüm ötənilkindən baha olacaq” - RƏSMİ 16 Sentyabr 2019, 14:01 Şikayətçi vətəndaş Prezidentə MÜRACİƏT ETDİ 16 Sentyabr 2019, 14:00 “Qarabağ” - “Sevilya” oyununu bu hakimlər İDARƏ EDƏCƏK 16 Sentyabr 2019, 13:52 İlham Əliyev: “Azərbaycan-Türkiyə tərəfdaşlığı son illər daha da möhkəmlənib” - YENİLƏNİB 16 Sentyabr 2019, 13:48 Qarabağ Universiteti Bərdədə açılacaq? - Deputat: “Bakının yükü azala bilər” 16 Sentyabr 2019, 13:41 Lənkəranda dayısını öldürən bacıoğlu və dostları tutuldu 16 Sentyabr 2019, 13:33 AzTV loqosunu DƏYİŞDİ – FOTO 16 Sentyabr 2019, 13:23 Özbəkistan Türk Şurasına üzv oldu - Azərbaycan bəyanat verdi 16 Sentyabr 2019, 13:19 Pilot Rəşad Atakişiyevin ailəsi DTX rəisinə müraciət etdi 16 Sentyabr 2019, 13:16 Leş axtaranlar... 16 Sentyabr 2019, 13:13