Modern.az

“Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır” - Vitse-spiker

“Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır” - Vitse-spiker

Aktual

12 İyun 2019, 12:50

"Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır" .

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib. TBMM-nin vitse-spikeri bildirib ki, Azərbaycanın inkişafı Türkiyəni çox sevindirir:

“Türkiyə və Azərbaycan qardaş ölkədir. Biz Dağlıq Qarabağ münaqişəsində Türkiyə Azərbaycanı dəstəkləyirik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu münaqişənin həlli istiqamətində atılan addımlarda Azərbaycanın yanındadır".

O qeyd edib ki, heç bir dövlət dünyada baş verən proseslərdən kənarda qala bilməz:

"Terrorla mübarizə aparmaq üçün ciddi addımlar atılmalıdır. Bu sahədə iki və çoxtərəfli müzakirələr aparıla bilər. Son zamanlar müşahidə edirik ki, Avropada islamafobiya ortaya çıxır. Bu, narahatlıq doğurur. Fikrimcə bu məsələnin miqyası böyümdən qarşısı alınmalıdır. Bakı Parlament Platformasının bu və ya digər məsələlərlə bağlı ciddi işlər görəcəyinə inanıram".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır