Arxiv
12 İyun 2019, 12:57 | AKTUAL
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib - Deputat

Cavanşir Pazaşadə,
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü


Hər bir xalqın tarixində elə məqamlar var ki, onu nə unutmaq olur, nə də üstündən xətt çəkmək. Çünki həmin tarix xalqın xilasıdır, xalqın qurtuluşudur, xalqın özünə dönüşüdür. Bax, bu mənada biz bir xalq olaraq, bir məmləkət olaraq tariximizin şanlı səhifələrini göz önünə gətirəndə təbii ki, öncə yada düşən məqamlardan biri də məhz Qurtuluş günümüz olub.

Qurtulmaq, xilas olmaq hardasa bir şəxsə şamil edilir. Xalqı, məmləkəti xilas etmək böyük, müdrik, dahi, bəşəri insanların gücünə, mübarizəsinə, istedadına aid olan anlamdır. Bax, bu mənada biz məhz Ümummilli Liderimizin önə çıxması, hadisələrin axarını öz iradısinə tabe etmək qüdrəti sayəsində artıq fərdi şıəkildə deyil, xalq olaraq, dövlət olaraq qurtulduq, xilas olduq. Qardaşın-qardaşa, bölgənin-bölgəyə, ayrı-ayrıə qrupların bir-birin ə qarşı qoyulduğu bir məqamda məhz Ümummilli liderimiz öz qətiyyəti ilə Azərbaycanı fəlakətlərdən qurtardı. Məhz həmin qurtuluşun işığında müstəqil Azərbaycanın həyatında köklü dəyişikliklərin əsası da qoyuldu. Belə ki, daxili çəkişmələrdən, tarix səhnəsindən silinmək təhlükəsindən, bir dövlət kimi parçalanmaq faciəsindən qurtulmuş Azərbaycanda həyatın və inkişafın yeni səhnəsi başlandı.

Ulu Öndərimiz qurtulmuş Azərbaycan üçün yeni iqtisadi, strateji siyasətin istiqamətlərini müəyyənləşdirdi. Ölkədə startı verilmiş islahatlar insanların ümid çıraqlarını yandırdı. Artıq kənd rayonlarında gerçəkləşdirilməsi başlanan torpaq islahatları aqrar sahəyə yeni nəfəs gətirdi.

Aqrar sahə ilə yanaşı, sənayenin də inkişaf etdirilməsinə xarici kapitalın cəlb edilməsi öz sözünü dedi. Çox qısa bir zamanda imzalanan neft kontraktları, sənayenin ayrı-ayrı sahələrinə qoyulan investisiyalar artıq Azərbaycan insanının həyatında köklü dəyişikliklərə səbəb oldu. Ümumiyyətlə, təsərrüfat sahələri ilə yanaşı, mədəniyyət, təhsil, səhiyyə sektorlarında da gerçəkləşdirilən islahatlar artıq Azərbaycanı "ölü” nöqtədən tərpədərək onu yeni uğurlu istiqamətə olan inkişafının mərhələlərini cilalamağa başladı.

Məhz Ulu Öndərimiz Heydər Əliyev cənablarının iqtisadi, siyasi kursunun layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin müəyyənləşdirilmiş kursu cəsarətlə davam etdirməsi sayəsin də fəlakətdən qurtulmuş Azərbaycan regionda söz sahibinə çevrildi, ölkəmizin artan nüfuzu onun səsini daha ali tribunalardan, beynəlxalq təşkilatların kürsülərindən yüksəlməsinə imkan verdi.

Bu gün dünyanın ən qüdrətli dövlətləri ilə paralel mövqe tutan, ən nüfuzlu təşkilatlarda söz sahibi olan ölkəmiz özünün uğurlu daxili, xarici siyasətilə nüfuzunu günbəgün artırmaqda davam edir, ölkə əhalisinin rifahı yüksəlir. Ən böyük problemimiz olan Qarabağ məsələsinin çözümü istiqamətində Azərbaycanın sözü daha çox eşidilir. Bütün bunların hamısının da özülündə xilaskarımız, Milli liderimiz Heydər Əliyev cənablarının böyük kursu və bir də bu kursu gerçəkləşdirən Azərbaycan prezidenti İlham Əliyev cənablarının iradısi dayanır.

Bəli, biz qurtuluşumuzu bugünkü növrağımıza çevirə bilmişik. Deməli, bu qurtuluş hamımızın və bütövlükdə Azərbaycanımızın xilas bayramıdır. Bayramımız mübarək!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36 Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib  18 İyun 2019, 15:35 Sumqayıtın gələcəyini irəlicədən görən rəssam... 18 İyun 2019, 15:25 Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü 18 İyun 2019, 15:21 Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ 18 İyun 2019, 15:18 Avropa Birliyi Kiprə görə Türkiyə ilə danışıqları dondura bilər 18 İyun 2019, 15:15 Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir   18 İyun 2019, 15:09 Polis işçisi intihar etdi 18 İyun 2019, 14:29 Beynəlxalq təşkilat Bakıda mərkəz açmaq istəyir 18 İyun 2019, 14:21 Azərbaycana Çindən turist axını gözlənilir - RƏSMİ 18 İyun 2019, 14:13 Ağstafadakı dəhşətli güllələnmənin görüntüsü yayıldı - VİDEO 18 İyun 2019, 14:11 Qarabağda erməni hərbçi öldü 18 İyun 2019, 14:08 Rayonlarda nə qədər taxıl biçilib? - CƏDVƏL 18 İyun 2019, 14:02 Ümumdünya Turizm Təşkilatının Bakı sessiyasında bir ilk YAŞANDI 18 İyun 2019, 13:54 Qarabağ həqiqətləri ilə bağlı film İsveçdə nümayiş olunacaq 18 İyun 2019, 13:53 Bakı-Məşhəd marşrutu üzrə razılıq əldə olundu 18 İyun 2019, 13:42 Deputat sığorta şirkətlərini ittiham etdi 18 İyun 2019, 13:37 Hərrac keçirildi - manatın məzənnəsi formalaşdı 18 İyun 2019, 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 18 İyun 2019, 12:50 UEFA-nın eks-prezidenti Mişel Platini həbs olundu 18 İyun 2019, 12:44 Bakıda qadını şəkillərilə şantaj edən kişi tutuldu 18 İyun 2019, 12:37 Bakı-Qazax yolunda 3 hindistanlı ölüb - DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı 18 İyun 2019, 12:26 “Qarabağ” radikalizmə “yox” deyir 18 İyun 2019, 12:19 Metro yay qrafikinə keçir - Qatar sayı azalır, interval artır 18 İyun 2019, 12:10 Daha 687 şəhidin vərəsəsinə ödəmə veriləcək 18 İyun 2019, 12:05 “Şəhid mayor mənim əmrimi icra edib” – Zakir Həsənov 18 İyun 2019, 12:04 Adı gözəl, özü gözəl… 18 İyun 2019, 11:54