Arxiv
12 İyun 2019, 13:05 | AKTUAL
Yeni liderlə köhnə siyasi xəttə davam: Qazaxıstanın yeni törəağası Qasım-Jomart Tokayev oldu

Babək Ağayev

2019-cu ilin 9 mart tarixində Nursultan Nazarbayevin prezident vəzifəsindən istefa etməsindən sonra Qazaxıstanda yeni bir siyasi dönəm başladı. Nazarbayevdən boşalan prezidentlik vəzifəsi ölkə Konstitusiyasına əsasən Senatın sədri Qasım-Jomart Tokayevə keçdi. Şübhə yoxdur ki, bu, həm də ölkənin “qurucu lideri” olan Nazarbayevin mövqeyi idi. Yəni Nazarbayev də özündən sonra ölkənin idarəçiliyinə ən layiqli namizədin məhz Tokayev olacağına qənaət gətirmişdi. Çünki artıq bir neçə il idi ki, Qazaxıstanda hakimiyyətin əl dəyişəcəyi müzakirə olunurdu və böyük dövlət təcrübəsi olan Nazarbayevin bunu ölkənin sabitliyinə zərər gətirmədən edəcəyinə dair əminlik var idi.


Bu əminlik özünü doğrultdu və qardaş ölkədə bu proses dövlətin sabitliyinə və davamlılığına hədə törətmədən tamamlandı. 9 iyun tarixində baş tutan prezident seçkilərini, hələ də Nazarbayevin rəhbəri olduğu, Nur Otan Partiyasının namizədi Tokayev  qazandı. Qazaxıstanın 28 illik respublika tarixində Nazarbayevsiz keçirilən ilk prezident seçkilərində, rəsmi nəticələrə görə Tokayev səslərin 70,96 %-ni, onun əsas rəqibi olan Əmircan Kossanov isə 16,23 %-ni əldə etdi. Bu nəticələrə əsasən Tokayev Qazaxıstanın ikinci prezidenti kimi bugün and içərək rəsmi qaydada səlahiyyətlərinin icrasına başlamışdır.


Yeni prezident Qazaxıstanın “qurucu lideri” tərəfindən müəyyən edilən daxili və xarici siyasi xətti bundan sonra da uğurla davam etdirəcəyini elan edib. Başqa sözlə, ölkənin siyasi xəttində hər hansı ciddi bir dəyişiklik gözlənilmir, sadəcə artıq sükanın arxasında yeni biri var. Maraqlı məqamlardan biri də odur ki, Tokayev Qazaxıstanın müstəqilliyi sonradakı mərhələdə xarici siyasətin müəyyən edilməsi və icrasında olduqca mühüm rol oynamış, birbaşa iştirak etmiş əsas siyasi xadimlərdən biridir.



Tokayevin siyasi kimliyi


Əslən Qazaxıstanın cənubunda yerləşən Taldıqorğan şəhərindən olan Tokayev, ziyalı ailənin övladı olmuşdur. Ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) alan Tokayev 1974-1991-ci illərdə SSRİ-nin Xarici işlər nazirliyinin əməkdaşı olmuş, Sinqapur və Çin Xalq Respublikasındakı SSRİ səfirlikləri əməkdaşı olmuşdur. Nazarbayevin 1985-ci ildə SSRİ nümayəndə heyəti tərkibində Çinə səfəri zamanı onunla tanış olan Tokayev, 1991-ci ildə Qazaxıstanın müstəqil olması sonrası Nazarbayevin SSRİ XİN-də çalışan diplomatlara çağırışını nəzərə alaraq ölkəsinə qayıdan ilk diplomatlardan olmuşdur. 1992-ci ildə Qazaxıstan Xarici işlər nazirinin müavini olaraq fəaliyyətə başlayan Tokayev 1994-1999 və 2002-2007-ci illərdə 10 il ölkənin xarici siyasət qurumuna rəhbərlik etmişdir. BMT və ATƏT-də Baş katibin müavini vəzifələrini də icra edən Tokayev keçmiş SSRİ diplomatları arasında BMT Baş katibinin müavini vəzifəsini tutan ilk diplomat olmuşdur. Böyük beynəlxalq siyasət təcrübəsinə sahib yeni prezidentin digər bir mühüm siyasi keyfiyyəti də Qazaxıstan üçün ən mühüm ölkələrdən olan Çini yaxşı “tanıması”dır. Bu “tanıma” işində onun Çində uzun illər fəaliyyət göstərməsi, Çin ilə bağlı çoxsaylı təhqiqat işlərinin müəllifi olması və çin dilini bilməsi əsas rol oynayır. Çünki geostrateji mövqeyi etibarı ilə Çin və Rusiya, həmçinin Çin və ABŞ arasında siyasi tarazlıq qurması hazırkı konyunkturada Qazaxıstan üçün siyasi məcburiyyətdir. Nazarbayevin 30 illik müstəqillik dövründə böyük uğurla həyata keçirdiyi siyasətin əsas mahiyyəti bu olmuşdur və Tokayevin davam etdirməyə söz verdiyi məhz bu tarazlıq siyasətidir.


Nazarbayev dövrünə qısa baxış


Nazarbayev, Qazaxıstanın SSRİ-dən müstəqilliyini elan etdiyi 16 dekabr 1991-ci ildən 9 mart 2019-cu ilədək ölkənin prezidenti və vahid lideri olmuşdur. 28 il kimi uzun bir müddətdə ölkəni güclü hakimiyyəti və idarəsi altında saxlayan Nazarbayevin bu yanaşması əksər hallarda Qərb tərəfindən tənqid edilmiş və anti-demokratik olaraq qələmə verilmişdir. Doğrudur, demokratiya və insan haqlarına dair Qərb yanaşmasına görə 28 illik bu hakimiyyət çox da demokratik görünmür. Lakin SSRİ-nin dağılmasından sonrakı proseslər və son 3 onillikdə Qazaxıstanın keçdiyi yollar nəzərə alınmadan vəziyyəti dəyərləndirmək doğru deyil və məsələyə təktərəfli yanaşmadır. Yerli reallıqları nəzərə almadan təktərəfli yanaşma isə bizim Qərbdən görməyə öyrəşdiyimiz bir haldır.


Əslində 1991-ci ildə SSRİ-dən ayrılan 14 sovet respublikası (Rusiyanı “SSRİ-dən ayrılanlar” kateqoriyasına aid etmədən) arasında qeyri-sabitliyə və parçalanmaya ən münasib ölkələrdən biri, bəlkə də elə birincisi məhz Qazaxıstan idi. Ölkədə çoxsaylı etnik tərkib mövcud idi, geniş coğrafi əraziyə malik idi, yarana biləcək siyasi boşluq zəminində partlamağa hazır etnik qığılcımlar var idi, iqtisadiyyat dağılmışdı və iqtisadi qeyri-müəyyənlik hökm sürürdü, qurucu xalq olan qazaxlar ölkə əhalisinin mütləq çoxluğunu təşkil etmirdi, milli azlığın dili olan rus dili ana dili olan qazax dilini üstələyirdi, yerli-milli kadrların kəskin çatışmazlığı mövcud idi… Bütün bunlar 91-ci ildə Nazarbayevin liderliyini təhvil aldığı müstəqil Qazaxıstan Respublikasının sərt siyasi reallıqları idi. Bütün bunlardan əlavə, şimalda Rusiya, şərqdə Çin varlığı və SSRİ-dən ayrılan Mərkəzi Asiya regionunda siyasi varlığını aqressiv şəkildə təmin etmək istəyən ABŞ reallığı var idi.


Qısacası, müstəqilliyinin ilk illərində Qazaxıstanda da, Azərbaycan və digər bəzi SSRİ-dən ayrılan respublikalardakı kimi kənardan “idxal edilən” etnik separatizmə münbit bir mühit mövcud idi. Nazarbayevin siyasi zəkası bu cür mürəkkəb daxili siyasi, ictimai, iqtisadi vəziyyət və beynəlxalq konyunkturada ölkənin hərtərəfli sabitliyini qoruya bilməsi olmuşdur. Məhz bunun nəticəsi olaraq, Qazaxıstan öz ərazi bötüvlüyünü bugünə qədər saxlaya bildi, hər hansı bir etnik münaqişənin yaranmasına imkan vermədi, uğurlu bir addımla qazax əhalinin mütləq çoxluğunu təşkil etdiyi yeni paytaxt quruldu, iqtisadiyyat dirçəldildi. Ən əsası da ölkə ətrafındakı beynəlxalq siyasi mühit Rusiya-ABŞ, Çin-Rusiya və ABŞ-Çin tarazlığına oturduldu. Nazarbayevin siyasi xəttinin əsas uğurlarından biri də siyasi azadlıqlar və demokratik haqlar ilə siyasi sabitlik və iqtisadi inkişaf arasında əldə edilməsi çətin olan incə tarazlığı uğurla təmin etməsi olmuşdur. Çünki vaxtında əvvəl və gərəyindən çox verilən demokratiyanın ilk növbədə dövlət, daha sonra isə ölkə və xalq üçün acınacaqlı nəticələr doğura biləcəyi tarixi təcrübələrdən bilinən haldır.


Yeni dövrün lokomotivi


Tokayev ilə başlayan yeni dövrdə Qazaxıstanın xarici siyasətinin əsas hərəkətverici amili yuxarıda qeyd edilən tarazlığın davam etdirilməsi və gücləndirilməsi olacaqdır. Məhz bu tarazlıq siyasətinin müəlliflərindən olan Tokayev kimi təcrübəli bir diplomatın prezidentliyə namizəd göstərilməsinin əsas səbəblərindən biri budur. Daxili siyasətinin əsas lokomotivi isə iqtisadiyyatın şaxələndirilməsi və demokratik islahatları daha da genişləndirilməsi olacaqdır. 9 iyun seçkilərində Nazarbayevə 20 ildir ən sərt müxaliflik edən Kossanovun da iştirak etməsi, səs verən 10 milyona yaxın əhalinin 16.23 %-nin səsini alması, ümumilikdə əhalinin 30 %-nin Tokayevdən başqa namizədlərə səs verməsi Qazaxıstan demokratiyası üçün mühüm irəliləyişlər hesab edilə bilər. Sovet dövrünü görməmiş gənclərin siyasi səhnədə getdikcə daha fəal yer alması, milli kimliklərini daha çox dərk edərək sahiblənmələri ölkənin daha da demokratikləşməsi, daha da açılması istiqamətində əlavə irəliləyişlər olaraq üzə çıxmaqdadır. Bu proseslər sabitlik-rifah-demokratikləşmə düsturu üzrə hərəkət edən siyasi hakimiyyətin iradəsi ilə düz mütənasibdir. Şübhə yoxdur ki, bu proseslərin sonunda qazanan, dövlətçiliyini gücləndirməklə, Qazaxıstan və qardaş qazax xalqı olacaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Laklı dırnaqla dəstəmaz almaq – İlahiyyatçıların biri “HƏ”, biri də “YOX” deyir 27 İyun 2019, 14:37 Parlament sabah iclas keçirəsi olmadı 27 İyun 2019, 14:23 Lombardlara müddətsiz lisenziya veriləcək 27 İyun 2019, 14:16 “BOKT-lar zəifləyib” – Komitə sədri 27 İyun 2019, 14:14 İşə düzəlməklə bağlı DƏYİŞİKLİKLƏR 27 İyun 2019, 14:05 Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiqlədi 27 İyun 2019, 13:55 Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq olunacaq 27 İyun 2019, 13:50 Bakı ermənisi Kiyevin qubernatoru oldu 27 İyun 2019, 13:47 1 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi 27 İyun 2019, 13:44 Sabah yağış yağacaq - HAVA PROQNOZU 27 İyun 2019, 13:34 May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatlarla bağlı çağırış etdi 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34