Modern.az

Bir neçə rayonda sutəmizləyici qurğular tikilir

Bir neçə rayonda sutəmizləyici qurğular tikilir

12 İyun 2019, 15:00

Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.

 

Bu tədbirlər sırasında tullantı sularının optimal idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

 

Son illər bölgələrdə icra olunan su və kanalizasiya layihələri çərçivəsində hər bir şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi nəzərə alınıb. “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində  Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağdaş, Ağcabədi, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz  və Naftalan şəhərlərində belə qurğuların tikintisi davam etdirilir.

 

Kurort şəhəri sayılan Naftalanda məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir. Birinci mərhələdə qurğunun 3 min kubmetr emal gücü olan hissəsi istismara veriləcək. Hazırda qurğuda tikinti işləri yekunlaşmaq üzrədir və yaxın vaxtlarda avadanlıqların quraşdırılmasına başlanılacaq. Tullantı sutəmizləyici qurğunun inşası bu ilin sonunadək  başa çatdırılacaq.

 

Qeyd edək ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilmiş layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılıb və 10 min  nəfər dayanıqlı içməli su ilə təmin olunub. Şəhərdə 39,4 km  kanalizasiya şəbəkəsi və tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə 1,8 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Layihə çərçivəsində 3200 nəfər əhalinin yaşadığı Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə də içməli suyun verilməsi təmin edilib. Eyni zamanda Naftalan Sukanal İdarəsi üçün müsir tipli yeni inzibati bina tikilib. Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Naftalan şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər