Arxiv
12 İyun 2019, 15:49 | PARLAMENT
Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb - SİYAHI

İyunun 13-ü və 14-də Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası keçiriləcək. İclasların gündəliyinə 15 məsələ daxil edilib.

Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.


Maraqlıdır, Milli Məclisin komitələrində müzakirə edilməmiş, yarımçıq qalan qanun layihələri varmı?

Modern.az saytı bir neçə komitədən mövzuya münasibət öyrənməyə çalışıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə yarımçıq qanun layihəsinin olmadığını deyib:

“Bizim komitədə yarımçıq qalan qanun layihəsi yoxdur. Bir qayda olaraq dövlət başçısı tərəfindən gələn qanun, yaxud da qanuna dəyişikliklər layihəsidir ki, onu müzakirə edib parlamentə tövsiyə edirik. Daxil olan bütün layihələrə baxılır və parlamentə təqdim edirik. Bu gün bizim qovluğumuzda baxılmamış sənəd yoxdur”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə bildirib ki, yarımçıq qalan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq:

“İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsində “Lombard haqqında” qanun layihəsi yarımçıq qalacaq. Çünki növbəti plenar iclas zamanı qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. İkinci oxunuşda müzakirəyə çıxarılması isə Milli Məclisin payız sessiyasına qalacaq”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  yarımçıq qanun layihəsinin olduğunu bildirib:

“Aqrar siyasət komitəsində elə ciddi yarımçıq qalan qanun layihəsi yoxdur. Sadəcə olaraq “Aqrar sığorta haqqında” qanun layihəsi var ki, onu bu günlərdə qəbul etməliyik. Bir neçə qanun layihəsi var ki, onun üzərində işləməliyik. Güman ki, həmin qanun layihələri payıza qalacaq”.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yarımçıq qalan qanun layihəsini payıza sazladıqlarını söyləyib:

“Əmək və sosial siyasət komitəsində yarımçıq qalan qanun layihəsi var. Bu da “Turizm haqqında”qanun layihəsidir. Qanun layihəsi yarımçıq qaldı. Onu işləyib çatdıra bilmədik. Qanun layihəsi beynəlxalq təşkilatlarla, Prezident Aministrasiyası  ilə müzakirə olunur. Daha təkmil və daha ciddi qanun layihələri üzərində iş gedir. Ona görə də tələsmirik. Biz qanun layihəsini payıza saxlayırıq”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  həll edilməyən qanun layihələrinin payzı sessiyasına qaldığını bildirib:

“Bir neçə qanun layihəsi var ki, həll edilməyib. Qarşıda bir neçə plenar iclaslarımız var. Əgər qanun layihələri həll edilməsə, Milli Məclisin payız sessiyasına saxlanılacaq”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də yarımçıq qalan qanun layihəsindən danışıb:

“Elm və təhsil komitəsi “Ali təhsil haqqında” qanun layihəsi üzərində hazırlıq işləri aparmağa başlayıb. Qanun layihəsinin ilkin variantının formalaşmasına çalışacağıq. Sentyabrda ilkin variant üzərində müzakirələr keçirib, Milli Məclisin payız sessiyasına təqdim etmək fikrindəyik”.

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva  mövzu ilə bağlı öncədən danışmağın tez olduğunu deyib:

“Hələlik bizim komitəyə hansısa yarımçıq qalan qanun layihəsi daxil olmayıb. Çünki iyulun ortasına qədər Milli Məclisin növbədənkənar sessiyası davam edəcək. Öncədən nəsə deyə bilmərik. Ola bilsin ki, yarımçıq qalan da olsun”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vəkillə təhsil eksperti arasında qalmaqal: Onun barəsində “Mafioz vəkil”...” 18 Avqust 2019, 23:15 Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43 “Səbail”  “Zirə”ni məğlub etdi 18 Avqust 2019, 22:17 İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ  18 Avqust 2019, 22:03 Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41