Modern.az

Səyyar “ASAN xidmət” Goranboyda  

Səyyar “ASAN xidmət” Goranboyda  

12 İyun 2019, 17:02

 

Bu gün vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər  edən "ASAN xidmət” qısa zamanda əhalimizin inamını və rəğbətini qazanmış və dünya arenasında  bir brendə çevrilib. Artıq bütün dünyada kifayət qədər tanınan və öyrənilən bu xidmətin başlıca prinsiplərindən biri də bütün bölgələrimizi əhatə etməsidir.  

 

Modern.az xəbər verir ki, 7 iyun 2019-cu il tarixdən  etibarən Bərdə Səyyar "ASAN xidmət”in nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında   əhaliyə səyyar xidmətlər göstərməyə başlayıb. 


12 iyun 2019-cu il tarixədək səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.


Səyyar "ASAN xidmət”in nümayəndələri tərəfindən 6 gün müddətində səyyar şəkildə göstərilən bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.


Vətəndaşlara eyni zamanda daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Bundan əlavə səyyar xidmətdə yardımçı funksional xidmətlərdə həyata keçirilir. Beləki, tibb xidməti (qan qrupu, göz rəngi və boy arayışları), tərcümə xidməti, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən göstərilən  xidmətlər, dövlət rüsumlarının və xidmət haqlarının qəbulu üçün Azərpoçt MMC tərəfindən göstərilən kassa xidmətlərindən də yararlana bilirlər.

Bu günə qədər Səyyar asan xidmətə 500-dən artıq vətəndaş müraciəti olmuşdur. Ən çox müraciət sıxlığı müşaiyyət olunan sahə notariat və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətidir.


Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi isə dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar Asan Xidmətin iş qrafiki həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dəkdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi