Modern.az

Pensərçayda sahilbərkitmə işlərinin aparılmasına 1 milyon manat ayrılıb

Pensərçayda sahilbərkitmə işlərinin aparılmasına 1 milyon manat ayrılıb

Aktual

12 İyun 2019, 18:32

Prezident İlham Əliyev "Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

 

Modern.az  xəbər verir ki, sərəncamla Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır