Modern.az

Naxçıvanda yer yerindən oynadı – VİDEO

Naxçıvanda yer yerindən oynadı – VİDEO

12 İyun 2019, 23:34

Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi muxtar respublikada iyunun 7-dən 11-nədək davam edən "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən videoxülasə yayıblar.

 

Modern.az xəbər verir ki, kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər. Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlərdə keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür