Modern.az

Zidanın evə qarət edildi

Zidanın evə qarət edildi

13 İyun 2019, 00:51

"Real"ın baş məşqçisi Zinəddin Zidan və yarımmüdafiəçisi İskonun evləri qarət olunub.

Modern.az  xəbər verir ki, hadisə onlar evdə olmadığı vaxt baş verib. Cinayətin detalları barədə hələlik ətraflı məlumat verilmir.

 

"Real" rəhbərliyi futbolçulara təhlükəsizlik tədbirlərini gücləndirməyi və evdə çəkilmiş şəkillərini sosial şəbəkələrdə paylaşmamağı tövsiyyə edib. Rəhbərlik bu cür halların oğrulara kömək etdiyini düşünür.

 

Qeyd edək ki, bu, İspaniyada futbolçulara qarşı törədilən ilk belə hadisə deyil. Buna qədər Jordi Alba, Kevin-Prins Boatenq, Kərim Benzema, Xoakin, Jerar Pike, Esekiel Qaray, Coffre Kondoqbia və Alvaro Moratanın da evləri qarət olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir