Modern.az

Bir gündə 700 xarici turist Yanardağa gedir

Bir gündə 700 xarici turist Yanardağa gedir

13 İyun 2019, 12:23

"Gün ərzində 500-700 arası xarici turist Yanardağı ziyarət edir" .

 

Modern. az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Sədr bildirib ki, yerli əhali də Yanardağa gəlməyin marağındadır.

"Biz daha çox turist cəlb etmək üçün təbliğat işlərini genişləndirməyə çalışırıq. Bütün otellərdə, turizm informasiya mərkəzlərində turistlərə Yanardağ barədə məlumat verilir" .

 

Fuad Nağıyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin turizm obyekləri barədə məlumatı var.

 

"Ölkədə turizmlə bağlı bütün dəyişikliklərlə turizm şirkətlərinə məlumat veriləcək". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi