Modern.az

30 dəyişiklik, 14 yeni BƏND - Milli Məclis 2-ci oxunuşda TƏSDİQLƏDİ

30 dəyişiklik, 14 yeni BƏND - Milli Məclis 2-ci oxunuşda TƏSDİQLƏDİ

13 İyun 2019, 12:58

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.

Modern.az xəbər verir ki, sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir.

Həmçinin aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Sənədə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə risklər bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır. 

Qeyd edək ki, qanun layihəsində 30-a qədər dəyişiklik edilib, 14 yeni bənd əlavə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!