Modern.az

Bakının dağlıq ərazisində yanğın...

Bakının dağlıq ərazisində yanğın...

13 İyun 2019, 14:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu haqda FHN-dən Modern.az-a verilən məlumatda bildirilib.

Xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?