Arxiv
13 İyun 2019, 14:39 | AKTUAL
16 iyunda 9-cular üçün buraxılış imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)16 iyun 2019-cu il tarixində 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirəcək.

DİM-dən Modern.az-a bildirilib ki, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edəcək.  Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.


Həmin gün ümumilikdə 32827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.


Bu imtahanda iştirak edəcək şagirdlər İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


İmtahan saat 11:00-da başlanır.


İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

  • a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
  • b) əcnəbilər şəxsi pasportları və  icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və  icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
  • -Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


    IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 102 imtahan mərkəzi ayrılıb.


    İmtahanda 32827 (Bakı 429, Mingəçevir 1385, Şəmkir 2642, Gədəbəy 834, Ağstafa 924, Qazax 975, Tovuz 2099, Balakən 955, Zaqatala 1160, Qax 531, Yardımlı 631, Cəlilabad 2223, Masallı 2192, Lerik 581,Göyçay 1313, Ağdaş 1174, Ucar 922, İsmayıllı 960, Qobustan 380, Ağcabədi 1727, Füzuli 817, Beyləqan 1173, Salyan 1407, Neftçala 812, Hacıqabul 812,Qusar 1114, Quba 1944, Siyəzən 526, Xızı 185) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.


    İmtahanların idarə olunmasına 102 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2839 nəzarətçi‑müəllim, 224 buraxılışı təşkil edən əməkdaş, 102 bina nümayəndəsi ayrılıb.


    Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 15-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Milli Onkologiya Mərkəzinə hər gün 1200 nəfər müraciət edir 18 Sentyabr 2019, 13:49 Əli Əhmədov “Əsrin müqaviləsindən DANIŞDI: “Risk amilləri mövcud idi” 18 Sentyabr 2019, 13:42 İcra başçısı 65 yaşlı şöbə müdirini təqaüdə göndərdi 18 Sentyabr 2019, 13:33 Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb 18 Sentyabr 2019, 13:27 “Məktəbli formasında olan uşaqdan gedişhaqqı alınmasın!” - Deputatdan hökumətə ÇAĞIRIŞ 18 Sentyabr 2019, 13:26 “Elektron Kənd Təsərrüfatı”nda qeydiyyatdan keçənlərin sayı 335 min nəfərə çatıb 18 Sentyabr 2019, 13:23 Miqrasiya Xidmətindən Azərbaycandakı bəzi əcnəbilərlə bağlı sərt addım 18 Sentyabr 2019, 13:19 Səfir Əhməd Ağaoğlu ilə bağlı məsələ qaldırdı: “Onda hansı uğura ümid edə bilərik?” 18 Sentyabr 2019, 13:10 Əli Əhmədov: ““Əsrin müqaviləsi” ən möhtəşəm layihələrdən biri oldu” 18 Sentyabr 2019, 13:10 Cəbhə xəttində monitorinq insidentsiz yekunlaşıb 18 Sentyabr 2019, 13:04 İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18 Sentyabr 2019, 13:01 Sabah hava küləkli olacaq - PROQNOZ 18 Sentyabr 2019, 12:59 Sabiq nazirlər nə qədər pensiya alırlar…- ARAŞDIRMA 18 Sentyabr 2019, 12:56 Azərbaycan dənizçiləri Moskvada II yeri tutub 18 Sentyabr 2019, 12:55 Yol polisini təhqir edən şəxs SAXLANILDI - FOTO 18 Sentyabr 2019, 12:51 İcra başçısının müavini “Elina işi”nə görə məhkəmədə ifadə verdi 18 Sentyabr 2019, 12:43 Təhsil ekspertindən TƏKLİF: Məktəblilər gediş haqqından azad olunsun 18 Sentyabr 2019, 12:41 Payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb 18 Sentyabr 2019, 12:35 “Azərişıq”ın maşını aşıb - 2 ölü, 2 yaralı 18 Sentyabr 2019, 12:34 Yol polisi Abşeronda təhsil işçilərini maarifləndirdi 18 Sentyabr 2019, 12:32 Xaricilər “İdman jurnalistikası” magistr proqramını seçir 18 Sentyabr 2019, 12:24 Rusiyanın 6 böyük şəhərində Azərbaycan turizmi tanıdılacaq 18 Sentyabr 2019, 12:21 Baba Rzayev gürcüstanlı nazirlə mükazirə apardı 18 Sentyabr 2019, 12:17 Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir 18 Sentyabr 2019, 12:14 Övladlığagötürmə məsələsi Nazirliyin Kollegiya iclasına çıxarıldı 18 Sentyabr 2019, 12:09 Dünya Universitetlərinin reytinqi: Görünən və görünməyən tərəflər 18 Sentyabr 2019, 12:09 Nazirlik 53595 şagirdin digər məktəbə yerdəyişməsinə icazə verib 18 Sentyabr 2019, 12:02 Mehriban Əliyeva Üzeyir Hacıbəyli və Müslüm Maqomayevlə bağlı paylaşım etdi 18 Sentyabr 2019, 11:53 “Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX 18 Sentyabr 2019, 11:33 Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək 18 Sentyabr 2019, 11:32 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 “Azərbaycanda həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04