Modern.az

Azərbaycanlılar Avrasiya Patent Universiadasının qalibi seçilib

Azərbaycanlılar Avrasiya Patent Universiadasının qalibi seçilib

Aktual

13 İyun 2019, 15:53

Kimya müəlliməsi Almara Hümbətova öz tələbəsi ilə birlikdə  Moskvada təşkil olunan “Gələcəyə baxış” müsabiqəsinə qoşulub. Və beynəlxalq  müsabiqədə kimya fənni üzrə ikinci  yeri tutublar.

A.Hümbətova öz layihəsi ilə birgə “Gələcəyə baxış” Avrasiya Patent Universiadasında (bilik yarışması) da iştirak edib.

Modern.az xəbər verir ki, Avrasiya Patent Təşkilatı (APT) tərəfindən keçirilən yarışmada APT-nın üzv-dövlətlərinin iki yaş kateqoriyası üzrə orta ümumi, orta peşə, ali təhsil proqramlarını həyata keçirən təhsil müəssisələrinin tələbələri və 25 yaşadək digər maraqlanan şəxslər iştirak edib.

Əqli Mülkiyyət Agentliyinin və Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin nümayəndələri bilik yarışmasına qatılıblar. Azərbaycanın ali və ümumi təhsil müəssisələrini təmsil edən 30-dan çox müəllifin layihələri Universiadanın Təşkilat Komitəsinə göndərilib.

Bilik yarışmasının nəticələrinə əsasən, birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyev qalib elan edilib. Onların birgə hazırladıqları “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi münsiflər heyəti tərəfindən ən yüksək yerə layiq görülüb.

Bundan əlavə, birinci yaş kateqoriyası üzrə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üçün üsul”, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdləri Taleh Əliyev və Zərifə Əhmədzadənin “Neft hasilatının yeni əmsalının sintezi”, Ləman Əliyeva və Filipp Bakaldinin “Pilotsuz hava aparatları üçün paraşüt”, Həmid Səlimov, Aybəniz Əhmədova və Timur Kaləyevin “Piezoelektrik anti-buzlanma sistemi” mövzusunda layihələri, eləcə də ikinci yaş kateqoriyası (18 yaşdan - 25 yaş daxil olmaqla) üzrə isə Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Tayfun Hacıyevin “CAD/CAM əsasında köhnə model avtomobillərinin yenidən qurulması üçün çevik istehsal modulu” mövzusunda layihə də Universiadanın mükafatçıları sırasındadır.

Universiadanın məqsədi istedadlı gənclərə dəstək olmaq və onların əqli mülkiyyət məsələlərinə marağını artırmaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır