Arxiv
13 İyun 2019, 16:17 | AKTUAL
İqtisadçı alim özlərini gülünc duruma salan bisavad tələbələrinə səsləndi...
Saleh Məmmədov,  İqtisadçı alim, professor,
keçmiş maliyyə naziri

“Kiss” (Öpüş)  vaqonlar komplekti ətrafında son günlərdə mətbuatda gedən söhbətlər məni də narahat etdi və buna görə də bu qeyri-ciddi anlaşılmazlığa aydınlıq gətirmək istədim.  

  Mənim maliyyə nziri işlədiyim vaxtdan İsveçrə ilə sıx əməkdaşlığımız var idi. Biz BVF üzrə bir qrupda idik, qrupun rəhbərliyi İsveçrəyə həvalə olunmuşdu. Digər tərəfdən İsveçrə böyük maliyyə resurslarına və modern maşınqayırma müəssisələrinə sahib idi və biz milli iqtisadiyyatın yenilənməsi, o cümlədən dəmir yolunun maddi texniki bazasının yenilənməsi üçün şirkətlərlə, banklarla, o cümlədən "Stadler"lə xeyli görüşlərimiz olmuşdu, hətta o vaxt bir neçə istiqamətdə sürətli dəmir yollarının çəkilişi və yeni avadanlıqlarla təminat üçün (investisiya ilə birlikdə) ilkin razılıq da əldə edilmişdi. 

  Sonralar müharibə, daxili qarışıqlıq işi ləngitmiş, proses yalnız dəmir yolunun rəhbərliyi dəyişdirildikdən sonra (2015-ci il) yenidən start götürmüş və müvəffəqiyyətlə yerinə yetirilir. Bu qısa zaman ərzində tranzit ölkə kimi Azərbaycanda bütün istiqamətlərdə xarici qonşularla dəmir yol keçidi yaradılmışdı, ən müasir texnologiya ilə dəmir yolunun maddi texniki bazası gücləndirilmiş, dmək olar ki, bütün modullar üzrə e-idrəçilik sistemi qurulmuş və ya qurulmaq üzrədir, plan üzrə rəqəmsəl dəmir yolunun qurulması işi başa çatmaq üzrədir (yeganə qurumdur ki, e-hökümətə keçid prezidentin qarşıya qoyduğu müddətdən əvvəl yerinə yetirilmişdir). Süni intelektin dəmir yoluna tətbiqi üzrə çalışmalar davam edir. 

  Belə olan halda ayrı-ayrı əhali qrupu və ya müxalifət tərəfindən hər kəsə eyni  mənfi emossiya ilə yaxınlaşmaq və bütün hökümət bölmələrinin mənfi hisslərlə qiymətləndirilməsi heç bir cəmiyyət üzvünə müsbət bir şey gətirə bilməz. Mənim çox hörmət etdiyim tələbələrimin də bu işdə fərqli mövqe tutması daha mənfi çalarlarla izlənilir. Hökümətdə müxtəlif insanlar çalışır, hər birinin özünəməxsus xarakteri var, cəmiyyəti irəliyə doğru inkişafa yeniliyə, modernmizə çəkən təmiz, peşəkar insanların qiymətini verə bilməsək, heç vaxt inkişafa nail ola bilmərik. “Kiss” vaqonlar komplekti ilə əlaqədar qalxan söhbətə nəzər salaq. Dərhal rəqəmi görən kimi tənqid yağdırmaq hər hansı yazara düzgün nəticə verə bilməz. İndi virtual dünya, beynəlxalq qanunlar o dərəcədə inkişaf etmişdir ki, oturduğun yerdə hər şeyə aydınlıq gətirmək olar. Əvvəla, Kss vaqonlar komplektinin xarakteristikasını "Stadler"in saytına daxil olub araşdırmaq olardı, bu zaman görəcəkdiniz ki, bu vaqon deyil, demək olar ki, 8 vaqonu özündə cəmləşdirən qatardı, həm də ikimərtəbəlidi. Üstəlik, Azərbaycanın yollarını nəzərə alaraq hazırlanırsa, daha çox məsrəf gedəcək, deməli, əslində Avropa ölkələrinə nisbətən daha baha başa gələcək. İkinci, websaytlara daxil olaraq Rusiyanın Moskva-aeroportu üçün aldığı kompleksin qiymətini, İsveçrə, Almaniya, Fransa dəmir yollarının bu kompleksi aldığı qiyməti, lap bir həftə bundan əvvəl "Stadler"in DB Regio ilə bağladığı 220 milyon avroluq müqaviləni araşdırmaq olardı ki, belə yanlış informasiyaya yol verilməsin. 8 vaqonluq bir modern-smart  kompleksi 12 metrəlik vaqonla müqayisə etmək olmaz. Bu Kiss kompleksinin  yalnız İT soft təminatı bir milyon dollardan çoxdur. Araşdırmalar göstərir ki, Azərbaycan dəmir yollarının aldığı qiymət ən uyğun qiymətdir. Üçüncü tərəfdən, beynəlxalq qanunları və konvensiyaları bu formada inkar etməyə heç bir Avropa şirkəti risk etməz, nə də filialın yerləşdiyi Belarus. 3 milyonluq bir maşını 15 milyona satıb bölüşmək o şirkətin sonu demək olardı və ya ümumiyyətlə, mümkün deyil. Yalnız bu amil yetərli olmalıydı ki, belə bir publikasiyaya yol verilməsin. Əksəriyyət hallarda belə gobud informasiya səhvi bumeranqa çevrilir, müəllifə yaxşı bir şey vəd etmir, əksinə, hədəfə tam bəraət verir. Mən milli azadlıq hərəkatının ilk illərində Amerikalıların bir seminarında alimlərlə görüş zamanı ciddı bir irad aldım: Mən isbat etməyə çalışırdım ki, Azərbaycanın gəlirlərinin 30-40%-i Moskva tərəfindən alınır. Amerikalı alim bizim milli hərəkatın radikal qanadından birinin bu rəqəmin 93% elan etdiyini xatırlatdı və mənim rəqəmimin də ona bənzər olması mümkünlüyünü soruşdu. Cavabım bu oldu ki, onu deyən iqtisadçı deyil. O dedi ki, bunun üçün iqtisadçı olmaq lazım deyil ki, hər kəs bilir ki, hətta qul quldur ki, əməyini bərpa etmək üçün yaratdığının 20-25%-ni mənimsəməlidir. Doğrudan da bu cür informasiyalar ilk növbədə müəllif haqqında (bu hadisədə milli azadlıq hərəkatı haqqında) mənfi fikir yaradır. 

  Heç istəməzdim ki, belə müəlliflər mənim tələbələrim, demokratik fikirli insanlar və ya yazarlar olsun.    
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əsl ağdamlı Qara qayanın suyunu içməli və… 20 İyun 2019, 11:15 Bakı və Yerevan Vaşinqton görüşünə hansı gündəliklə gedir? – Rusiyalı ekspertin ŞƏRHİ 20 İyun 2019, 11:10 Bakı Ali Neft Məktəbinin startapı 2-ci oldu 20 İyun 2019, 11:07 Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır 20 İyun 2019, 11:05 Ağcabədidə ölmüş heyvan cəmdəyini satmaq istədilər... 20 İyun 2019, 10:59 Məmur olmaq istəyənlər imtahana çəkilir 20 İyun 2019, 10:51 Qubanın ucqar kəndində  dərs deyən müəllim - VİDEO 20 İyun 2019, 10:47 İyunda 11 nəfəri ilan sancıb 20 İyun 2019, 10:37 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı 20 İyun 2019, 10:30 Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi 20 İyun 2019, 10:26 Bakıda mövsümi meyvələrin qiyməti “od tutub yanır” - Rusiyaya aparılır... 20 İyun 2019, 10:20 Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı 20 İyun 2019, 10:01 Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI 20 İyun 2019, 10:00 Partiyaların bağlanması haqda məlumatlar dövlət reyestrinə daxil ediləcək - QƏRAR 20 İyun 2019, 09:58 UNEC-də dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olundu 20 İyun 2019, 09:50 Polisin axtardığı qız tapıldı - “70 yaşlı kişiyə ərə verirdilər, evdən qaçdım” - VİDEO 20 İyun 2019, 09:49 “Münaqişədən daha çox ziyan görən erməni icmasıdır” – Gəncəliyevdən BƏYANAT 20 İyun 2019, 09:48 Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur… 20 İyun 2019, 09:44 Baş nazir qurumların siyahısında dəyişiklik etdi 20 İyun 2019, 09:36 Ermənilər iriçaplı silahlarla mövqelərimizi atəşə tutdu 20 İyun 2019, 09:34 İran ABŞ-ın pilotsuz aparatını vurdu 20 İyun 2019, 09:04 ABŞ Dövlət katibinin müavini Qarabağ münaqişəsi barədə məlumatlandırıldı 20 İyun 2019, 08:19 Məmmədyarov həmsədrlərlə görüşdü 20 İyun 2019, 08:13 Adını “Forbes” jurnalında görmək istəyən sumqayıtlı məktəbli 20 İyun 2019, 08:09 Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı 20 İyun 2019, 00:54 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 20 İyun 2019, 00:42 Mingəçevir su anbarı yaxınlığındakı yanğın söndürüldü - Yenilənib 20 İyun 2019, 00:17 “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov 20 İyun 2019, 00:01 Azərbaycan nefti bahalaşdı 19 İyun 2019, 23:45 Bakıda yeniyetmə bədbəxt hadisənin qurbanı oldu 19 İyun 2019, 23:31 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi -  FOTO 19 İyun 2019, 23:17 Bolqarıstan parlamentinin sədri Bakıda 19 İyun 2019, 23:00 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13