Arxiv
13 İyun 2019, 14:35 | AKTUAL
Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılışı oldu  

İyunun 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə “Xəbərlərin gələcəyi” devizi altında keçirilən Konqresdə dünyanın 100-ə yaxın ölkəsindən 200-dək aparıcı xəbər agentliyinin rəhbərləri və nümayəndələri, media üzrə beynəlxalq ekspertlər, həmçinin nüfuzlu media qurumlarının təmsilçiləri iştirak ediblər.

 

BTA agentliyinin icraçı direktoru Maksim Minçev tədbiri açaraq Dünya Xəbər Agentlikləri Konqresinin tarixi, habelə gündəlikdə duran məsələlər barədə məlumat verdi. M.Minçev qeyd etdi ki, bu gün müasir dünyada xəbər yayımı bir çox problemlərlə üzləşir. Bugünkü tədbirdə obyektiv xəbərlərin yayılması, feyk xəbərlərin qarşısının alınması istiqamətində addım atmaq üçün gözəl imkan var. Biz bu iş uğrunda səylərimizi birləşdirməliyik.

 

Maksim Minçev AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanovun agentliyin 2016-2019-cu illərdə V Konqresə sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirib və ona minnətdarlığını ifadə etdi.

 

Bolqarıstanın Prezidenti Rumen Radev çıxış edərək Dünya Xəbər Agentlikləri Konqresinin əhəmiyyətinə toxundu, bu qurumun informasiya agentlikləri qarşısında duran vəzifələrin, onların üzləşdikləri problemlərin həlli üçün gözəl platforma olduğunu vurğuladı. Bildirdi ki, “Xəbərlərin gələcəyi” devizi müasir dövrümüz üçün düzgün seçilib. Belə ki, xəbərlərin gələcəyi elə bəşəriyyətin gələcəyidir. Prezident qeyd etdi ki, yeni texnologiyalar, rəqəmsallaşma KİV üçün həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. Bu gün sosial media dayanmadan inkişaf edir. Bu, həmçinin feyk xəbərlərin yayılmasına yol açır. Yəni, operativlik obyektivliyə güclü təsir edir, ziyan vurur. “VI Konqres qarşılaşdığımız bu çağırışlara cavab vermək üçün gözəl imkandır. Feyk xəbərlərlə mübarizə təkcə informasiya agentliklərinin deyil, bütün bəşəriyyətin vəzifəsi olmalıdır”, - deyə Prezident Rumen Radev əlavə edib.

 

Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal xəbər agentlikləri qarşısında duran problemlərə toxunub. Bildirib ki, sosial şəbəkələrin inkişafı, həmçinin bir sıra problemlər yaradır. Belə ki, sosial şəbəkələr reklam yerləşdirməklə xəbər agentliklərindən qat-qat çox qazanır, habelə feyk xəbərlər bu platformalarda daha tez yayılır. Feyk xəbərlər cəmiyyət üçün ciddi təhdid yaradır. K.Marşal, həmçinin jurnalistlərin üzləşdiyi problemlərə toxunaraq təəssüflə bildirib ki, müasir dövrdə vəzifə borclarını yerinə yetirən media mənsubları təhdidlərlə qarşılaşır, bəzən qətlə yetirilirlər. Bu isə yolverilməzdir. Çünki jurnalist vəzifə borcunu yerinə yetirməklə cəmiyyəti məlumatlandırır.

 

AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov çıxış edərək bildirdi ki, Dünya Xəbər Agentliklərinin V Konqresi üç il əvvəl - 2016-cı ilin noyabrında AZƏRTAC-ın və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin açılış mərasimində iştirakı və geniş nitq söyləməsi, sonradan iştirakçıların bir qrupu ilə görüşməsi Azərbaycan dövlətinin mediaya göstərdiyi diqqətin, verdiyi önəmin göstəricisi kimi indi də xatırlanır. Belə bir münbit atmosferdə keçən toplantıda biz dövrün qarşımıza çıxardığı çağırışları müzakirə etmişdik, baxışlarımızı bölüşmüşdük. Bizim toxunduğumuz məsələlər sosial media, innovasiyalar, multimedia jurnalistikası kimi aktual mövzular idi ki, onlar artıq agentliklərin gündəlik həyatının bir hissəsinə çevrilib. Əslində, 3 il tarixdə kiçik bir zaman kəsiyidir, lakin bu illər ərzində müasir texnologiyalar çox sürətlə dəyişib və bu, bizim fəaliyyətimizə də təsir edərək ümumilikdə jurnalistikanın dəyişməsini şərtləndirib.

 

Altıncı Konqresin mövzusunun əhəmiyyətinə toxunan Aslan Aslanov dedi: “Xəbərlərin gələcəyi bu gün hamını düşündürür. Ola bilər ki, kimsə bununla bağlı nikbin, kimsə bədbin fikirdədir. Şəxsən mən belə hesab edirəm ki, xəbərin gələcəyi informasiya agentliklərinin, yəni, bizim əlimizdədir. Odur ki, bu Konqresin mövzuları müasir dövrün tələbləri nəzərə alınaraq agentliklərin perspektivlərinin müzakirəsi ətrafında qurulacaq. Yuxarıda qeyd etdiyim bütün amillər müzakirələrimizin mərkəzində olacaq. Elə Konqresin də qlobal məqsədi dünyanın hər bir nöqtəsindəki agentliyin yeniliklərlə, həmçinin bu sahədə toplanmış təcrübə ilə tanış olmasını təmin etməkdir”.

 

Dünya Xəbər Agentlikləri Konqresinin ən etibarlı informasiya istehsalçılarını birləşdirən təşkilat olduğunu diqqətə çatdıran Konqresin prezidenti A.Aslanov qeyd etdi ki, biz bu mövqeyi saxlamaqla yanaşı, gərək onu daha da möhkəmləndirək və indiki mürəkkəb informasiya mühitində məhz bizim etibarlı tərəfdaş olduğumuzu media bazarı iştirakçılarına çatdıraq. Bu gün Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik AZƏRTAC-dan BTA-ya keçir. Əminəm ki, başladığımız işləri yenə birlikdə davam etdirəcək, xəbərlərin gələcəyinə etibarlı təminat yaradacağıq.

 

Bolqarıstanın Mədəniyyət naziri Boil Banov çıxış edərək bildirdi ki, müasir dövrdə feyk xəbərlərin qarşısının alınması, müəllif hüququnun qorunması ciddi müzakirə mövzusu olmalı və bu istiqamətdə düşünülmüş addımlar atılmalıdır. O, VI Konqresin bu istiqamətdə məsələləri müzakirə etmək üçün əhəmiyyətli platforma olduğuna əminliyini ifadə etdi, tədbirin işinə uğurlar arzuladı.

 

Almaniyanın DPA agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Piter Kropş və digər çıxış edənlər müasir dövrdə media sahəsində əldə olunan uğurlardan, bu sahənin qarşılaşdığı problemlərdən və onların həlli yollarından danışdılar, müxtəlif təqdimatlarla çıxış etdilər.

 

Rəsmi hissədən sonra Konqres işini “Xəbər agentliklərinin sahiblik modelləri” mövzusunda panel iclasla davam etdirdi.

 

Xatırladaq ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskvada baş tutub. Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə AZƏRTAC-ın və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyub komaya düşdü 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34