Arxiv
13 İyun 2019, 16:54 | AKTUAL
LDU-da Pilot layihənin icrası ilə bağlı yekun konfrans keçirilib - FOTO  

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihə”nin  icrası ilə bağlı yekun konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransı universitetin rektoru vəziəfəsini icra edən professor Natiq İbrahimov  açıb və Respublika Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə”  27 noyabr 2017-ci il tarixli  əmrindən,onun  icrası ilə əlaqədar görülən işlərdən söz açıb.

 

Bildirib ki, pilot layihənin icrası  Lənkəran Dövlət Universitetilə  layihəyə qatılan  Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında sıx elmi-pedaqoji əməkdaşlığın yaranmasına,metodiki və təlim metodlarının təkmilləşdirilməsinə,istedadlı şagirdlərin aşkarlanmasına imkan verib, birgə fəaliyyət  tərəflər  üçün səmərəli olub.

 

Pilot layihənin yekunları barədə konfrans iştirakçılarını  layihənin kordinatoru, LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov geniş  məlumatlandırıb. Məruzəçi qeyd edib ki,layihənin nəticələri gözlənildiyindən də uğurlu olub. Belə ki, layihənin tədbiqi nəticəsində ali təhsil müəssisəsi ilə umumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlıq mühiti formalaşıb, tədris-metodiki işlərin effektiv qurulması təmin edilib, müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına nail olunub, istedadlı məktəblilərin aşkarlanması və onların respublika  fənn olimpiadalarında uğurlu iştiraklarının təmini sahəsində mühüm nailiyyətlər qazanılıb.Pilot layihənin tədbiq edildiyi hər 3 rayon üzrə son iki ildə respublika olimpiadalarına qatılan iştirakçıların sayı dəfələrlə  artıb, onların nəticələri  əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə  yüksəlib. Məktəblərdə  universitet müəllimləri tərəfindən ustad dərslərin keçirilməsi, məktəb müəllimlərinin açıq dərslərinin təşkili, kimya, biologiya, fizika, riyaziyyat fənləri üzrə   gecələrdə praktik məşğələlərə geniş yer ayrılması səmərəli olub. Pilot layihə çərçivəsində görülmüş işlərin nəticələri barədə  kitabın tərtib edilməsi isə  imkan verir ki, qazanılan təcrübədən respublikanın digər ali və ümumtəhsil müəssisələri də yararlana bilsinlər.

 

Məruzə ətrafında keçirilən müzakirələrdə Lənkəran, Astara,Yardımlı rayonlarının  təhsil şöbələrinin rəsmiləri, təhsil işçiləri,layihə iştirakçısı olan universitet müəllimləri  çıxış edərək qarşılıqlı fikir mübadiləsi ediblər. Disskussiya şəraitində keçən müzakirə zamanı söylənən təkliflərə, mülahizələrə münasibət plyürealizmi, fikir müxtəlifliyi ilə diqqət çəksə də, yekunda iştirakçılar birmənalı olaraq Pilot layihəni səmərəli hesab etdiklərini bildirərək, onun davamlı olmasını təhsil nazirliyindən və universitet rəhbərliyindən xahiş ediblər. Öz növbəsində Lerik rayon təhsil şöbəsinin müdiri, bu rayonun təhsil işçiləri də növbəti tədris ilində Pilot layihəyə qoşularaq ondan yararlanmaq niyyətində olduqlarını bildiriblər.

 

Konfransın işində iştirak edən Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və nazirliyin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev layihəni uğurla yekunlaşdırdığına  görə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimova, universitetin professor müəllim heyətinə, iştirakçı rayonların təhsil işçilərinə minnətdarlıq bildiriblər. Ölkə təhsilində ilk dəfə Cənub regionunda tədbiq edilən Pilot layihənin nəticələrindən razı qalan Aydın Əhmədov onun  növbəti illərdə də davam etməsini  lazımlı sayıb,müzakirə zamanı konkret təkliflərini irəli sürüb.

 

Sonda konfrans iştirakçıları adından ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47