Modern.az

Dini Komitə “Qaloş piri”nin yiyələrinə xəbərdarlıq edib – Mübariz Qurbanlı

Dini Komitə “Qaloş piri”nin yiyələrinə xəbərdarlıq edib – Mübariz Qurbanlı

13 İyun 2019, 17:22

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Goranboy rayonu Qurbanzadə kəndində “Qaloş piri”nin fəaliyyət göstərməsi barədə yayılan görüntülərə münasibət bildirib.

Modern.az-ın məlumatına görə,  M.Qurbanlı jurnalistlərə açıqlamasında bu görüntülərin təəssüf hissi doğurduğunu deyib.

O bildirib ki, həmin evdə daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı Dövlət Komitəsində məlumat olmayıb:

 "Dövlət Komitəsinin yerli şöbəsi həmin yerdə araşdırma aparıb və ev sahiblərinə xəbərdarlıq olunub. Onun diqqətinə çatdırılıb ki, bu cür hərəkətlər qanunazidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq".

 

M.Qurbanlı qeyd edib ki, həmin görüntülərdə xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir:

 

"Çünki bilirik ki, insanın sağlam olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir. Zaman-zaman bu cür hadisələrə, xurafat elementlərinə başqa ölkələrdə də rast gəlinir. Təbii ki, bunlar olmamalıdır.

 

Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, zamanında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanunaziddir. Əslində bu dini fəaliyyət deyildi. Bunu dinlə bağlamaq düzgün deyil. Bizim üzərimizə düşən öhdəliyi bilirik və lazımı tədbirləri görürük". 

Qeyd edək ki, sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başlaına hansısa geyim əşyasının sürtülməsidir. Əvvəlcə iddialarda həmin geym əşyasının qaloş olduğu bildirilirdi. Guya, insanların mədət umduğu həmin qaloşu vaxtilə burada yaşamış Seyid Miribiş ağa geyinib.

Amma Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov iddianı təkzib edib. O, açıqlamasında insanların başına çəkilən əşyanın qaloş deyil, papaq olduğunu söyləyib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir