Arxiv
14 İyun 2019, 10:25 | MƏDƏNİYYƏT
İvanka Trampın xüsusi təşəkkür etdiyi azərbaycanlı - FOTOLAR

Nə qədər ki, fərdlərin təfəkküründə inqilab olmayıb, yüksək tərəqqidən danışmaq olmaz. Hər bir insanın mahiyyəti onun təfəkkürünün səviyyəsindən asılı deyilmi? Bu gün Azərbaycanda elə bölgələrimiz var ki, hələ də qızların təhsil almasına maneələr yaradılır. Təəssüf ki, həmin qızların bəziləri valideynləri tərəfindən erkən nikahlara sürüklənirlər. Adları orta məktəb şagirdləri sırasında getsə də evdən məktəbə buraxılmırlar. Nəticədə xalqın arasında savadsız, elmsiz bir zümrə yaranır. Nəzərə alanda ki, bu qızların hər biri gələcəyin anasıdır, onda bu problemin nə qədər ağır olduğunun fərqinə varırsan. Amma çox sevinirəm ki, azərbaycanlı anaların arasında yüksək təhsil almış, müasir təfəkkürlü xanımlar da var. Bu gün sizə onlardan biri- Leyla Tağızadə haqqında söhbət açmaq istəyirəm...

O, Sumqayıtda dünyaya gəlib. 1997-ci ildə orta təhsilini bu şəhərdə Təbiət Elmləri Gimnaziyasında başa vurub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində ali təhsil alıb. Sonra bir il Sumqayıt 1 nömrəli Stomatologiya Poliklinikasında öz ixtisası üzrə internatura keçib. 2004-cü ildən doğulduğu şəhərdə fəaliyyət göstərən Hipokrat Tibb Mərkəzinin icraçı direktorudur...

...Atası tibb elmləri namizədi Mayıl Tağıyev əməkdar həkimdir. Uzun illər Sumqayıt Ruhi Əsəb Dispanserinə rəhbərlik edib. Anası Natavan xanım Kərimova həkim nevropotoloqdur. Bacısı Nigar xanım ulturasəs həkimidir. Yeganə qardaşı Allahverdi isə ixtisasca iqtisadçı olsa da, Sumqayıt prokurorluğunun arxivində çalışır...

Leyla xanım 2006-cı ildə məşhur Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunda ixtisasartırma kurslarını keçərək kliniki neyrofizologiya ixtisasına yiyələnib. 2008-2009-cu illərdə Almaniyanın Ludviqshafen şəhər klinikasında təkmilləşdirmə kursu keçib. 2007-2011-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun aspiranturasında təhsilini davam etdirərək, səhiyyənin idarə olunması və ictimai sağlamlıq mövzusunda elmi iş müdafiə edib. Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb (PhD).
2014-cü ildən bir neçə dəfə ABŞ-da və o cümlədən Almaniyada səhiyyənin idarə olunması üzrə beynəlxalq təcrübə kurslarında olub. 2016-2017-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Slikon vadisində yerləşən “The Founder İnsitute”-də “Famile Founder” təqaüdü ilə təhsilini davam etdirib...

Deyir ki, arzuları elə də çox deyil: “Tibb və süni intelektin kəsişməsi mövzusunda elmi araşdırmaları davam etdirmək, bu sahədə gizli qalan həqiqətləri üzə çıxarmaq istəyirəm. Yerli startaplara biznesin inkişafı istiqamətində dəstək vermək, onların qlobal şəbəkəyə çıxmasına kömək etməyi planlaşdırıram. Və bütün analar kimi övladlarımın yüksək təhsilə yiyələnməsinə, əsl vətəndaş kimi böyüməsinə çalışıram”...

...Ömür-gün yoldaşı Emin Abdulov Milli Məclisdə deputat köməkçisi işləyir. Üç qızı var. Böyük qızı Ayan xanım 15, ortancıl qızı Mehriban xanım 12, üçüncü qızı Banu xanım 8 yaşındadırlar...

Leyla xanım sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. 2018-ci ildə yaradılan “Sosial İnnovation Lab” təşkilatının təsisçilərindən biridir. Bütün bunlardan əlavə, bir sıra qlobal sammitlərdə iştirak edib. Onlardan ən yadda qalanı 2017-ci ildə Hindistanda keçirilən sammit olub. Həmin tədbirdə rəhbərlik etdiyi layihənin iştirakçısı Reyhan Camalova ən gənc ixtiraçı kimi ABŞ prezidentinin qızı İvanka Trampın çıxışında təqdirə layiq görülüb. Gəncin bu uğuruna görə Leyla Tağızadəyə xüsusi minnətdarlıq edərək, birlikdə xatirə şəkili çəkdirib…


Səmimi, təvazökar, dərin zəkalı, humanist, mehriban xanımdır. İndiyədək Rusiya, Azərbaycan elmi jurnallarında ona yaxın məqaləsi işıq üzü görüb. “EEQ-də yuxu assimetriyası” kitabının iki müəllifindən biridir. Badminton oynamağı xoşlayır. Tibbə, innovasiyaya aid kitabları mütaliə etməkdən yorulmur. Keçmiş sovet respublikalarına, Avropa ölkələrinin bir neçəsinə səyahət edib. Təbiət qoynunda ailəvi istirahət etməkdən zövq alır. Bir sözlə, haqında söhbət açdığım Leyla Tağızadə Azərbaycan xanımına məxsus olan bütün keyfiyyətləri özündə ehtiva edir. Hər bir Azərbaycan xanımı isə vəfasına, etibarına, ailəsinə bağlılığına, çalışqanlığına görə bütün dünya qadınlarından seçilir. Bəli, xanım yüksək təhsil alanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, yeni nəslin inkişafında əhəmiyyətli rol oynayır...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49 Bakıdan Cəlilabada gedib ev yardılar - FOTO   6 Dekabr 2019, 16:48 Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir 6 Dekabr 2019, 16:44 Əkrəm Əylisli: “Mənim barəmdə prezidentə yalan informasiyalar veriblər” - MÜSAHİBƏ 6 Dekabr 2019, 16:42 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək   6 Dekabr 2019, 16:38 Ermənistan Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib - Qorxmaz Hüseynov 6 Dekabr 2019, 16:25 “Bir gün ərzində 650 min ağacın əkilməsi böyük nəticədir” - Cavid Osmanov 6 Dekabr 2019, 16:20 Merkel Putin və Zelenski ilə görüşəcək 6 Dekabr 2019, 16:13 Diaspor rəhbəri Bratislavada ATƏT-in tədbirinə qatılıb 6 Dekabr 2019, 16:12
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?