Modern.az

Milli Məclisin YAP-dan olmayan deputatları: “Heydər Əliyev gələndən sonra…”

Milli Məclisin YAP-dan olmayan deputatları: “Heydər Əliyev gələndən sonra…”

Ölkə

15 İyun 2019, 09:11

1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü.

Qiyamçı hərbi hissənin rəhbərliyi baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları zorla dəyişdirilmişdi.  Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas almışdı.

 

Belə böhranlı və ağır vəziyyətdə AXC hakimiyyətində təmsil olunanlar rəsmilər yeganə çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdü. Bu taleyüklü sınaq anında Heydər Əliyev Bakıya dönərək,   respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Onun bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək, silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə Heydər Əliyev parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq, o zamankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməyə razılıq verdi.

Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilib. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilib.


Hazırda ölkəmizdə bu tarix əlamətdar hadisə kimi qeyd olunur. Bəs maraqlıdır, Milli Məclisin iqtidar nümayəndəsi olmayan üzvləri 15 iyun tarixini necə qiymətləndirirlər?

Modern.az saytı Milli Məclisin 2 deputatının fikrini öyrənib.


Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Qurtuluş Günü haqqında fikirlərini çox qısa şəkildə ifadə edib:

 

“Hamı ilə birlikdə mən də Qurtuluş gününü qeyd edirəm. Azərbaycanın müstəqilliyi, inkişafı məhz liderin fəaliyyəti ilə bağlıdır”.


Azərbaycan Sosial Demokrat Partiyasının sədr Araz Əlizadə isə düşünür ki, əgər Heydər Əliyev şəxsiyyəti olmasaydı, ikinci dəfə də Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaqdı:

 

“Dəfələrlə bu barədə açıqlamalarımda bildirmişəm. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə 23 ayda 5-6 hökumət dəyişdi. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazananda da oxşar proseslər gedirdi. Vəzirov getdi, Mütəllibov gəldi, sonra da Əbülfəz Elçibəy prezident oldu və sairə. Ancaq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın müstəqilliyinə qarşı mövcud olan təhlükələri aradan qaldıra bildi. Bunun üçün təcrübə və bacarıq lazım idi”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub