Modern.az

Səfirliyimiz Ankarada “28 May törəni”ni niyə ertələmişdi... - VİDEO

Səfirliyimiz Ankarada “28 May törəni”ni niyə ertələmişdi... - VİDEO

15 İyun 2019, 11:17

Dunən Ankaradakı Azərbaycan səfirliyində Respublika günü, Silahlı qüvvələrimizin və diplomatik xidmətin yaradılmasının 10-ci ildünümü münasibətilə resmi qəbul keçirilib.

Modern.az-ın məlumatına görə, 28 mayda keçirilməli olan tədbir Türkiyədə Ramazan ayına görə ertələnmişdi.

Tədbirin açılışında çıxış edən səfir Xəzər İbrahim Azərbaycan Demokratik Respublikası ilə bağlı, eləcə də Azərbaycan diplomatik nümayəndəliyinin və Silahlı Qüvvələrinin yaranması haqqında  məlumat verib. 
Səfir qeyd edib ki, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən bu günədək Azərbaycan diplomatiyası çətin və şərəfli bir yol keçib. 

Mərasimdə Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu və Ailə və Sosial Xidmətlər naziri Zümrüd Selcuk, millət vəkilləri iştirak ediblər.  

Tədbirin sonunda meydan azərbaycanlılara verilib. Onlar populyar popurilər və rəqs musiqilərini oynayib, şənləniblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir