Arxiv
15 İyun 2019, 14:30 | AKTUAL
Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib.

 

DTX-dən Modern.az-a verilən məlumata görə, bayram münasibətilə şəxsi heyəti tədbrik edən general-polkovnik Mədət Quliyev çıxışında bildirib ki, bütün vətənpərvər soydaşlarımızın böyük qürur, iftixar və sevinc hissi ilə qeyd etdiyi, müstəqil dövlət quruculuğu tariximizin şanlı səhifələrindən olan 15 İyun - çağdaş yaddaşda Azərbaycan xalqının taleyini, onun gələcəyini müəyyənləşdirən çox böyük ictimai və siyasi əhəmiyyətə malik bir gündür.

 

General-polkovnik Mədət Quliyev bildirib ki, ən mürəkkəb və çətin bir dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövləti siyasi iflasdan, vətəndaş müharibəsindən, ölkəni parçalanmaqdan və yenidən əsarət altına düşməkdən xilas etmişdir. Böyük düha sahibi Heydər Əliyev xalqını işıqlı gələcəyə, müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru apararaq, respublikanı yeni dünya düzənində söz və mövqe sahibinə çevirməyə nail olub, Azərbaycanın müstəqilliyini əbədi, daimi və dönməz edib.

 

General-polkovnik Mədət Quliyev diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik idarəçiliyi və beynəlxalq siyasi nüfuzu sayəsində Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük nailiyyətlərə və zəfərlərə doğru inamla addımlayır. Ulu Öndərin uzaqgörən daxili və xarici siyasətinin bu gün möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir ki, regionun lider dövlətinə çevrilən Azərbaycan Respublikası sürətlə inkişaf edir və gündən-günə daha da qüdrətlənir.

 

Dövlətimizin başçısının yürütdüyü alternativi olmayan strategiya nəticəsində bu gün respublikada əsl vətəndaş həmrəyliyinə nail olunub, etibarlı təhlükəsizlik sistemi qurulub, heyrətamiz iqtisadi yüksəliş və dövlət quruculuğunun bütün sahələrinin tərəqqisi, habelə möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin milli maraqlarla bağlı məsələlərin həllində nümayiş etdirdiyi sarsılmaz iradə və prinsipial mövqe müasir Azərbaycana stabil və etibarlı tərəfdaş kimi böyük nüfuz qazandırır.

General-polkovnik Mədət Quliyev əmin edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti öz Ali Baş Komandanının müstəqil və güclü Azərbaycan naminə, dövlət mənafelərinin və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasi xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal, şərəflə və vicdanla yerinə yetirəcəkdir.

 

Qeyd olunmalıdır ki, DTX-nin bütün struktur bölmələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib.

 

DTX-nin Heydər Əliyev adına Akademiyasında “15 İyun – Qurtuluşdan Böyük Zəfərlərə Doğru” mövzusunda konfrans təşkil olunub. DTX-nin Mədəniyyət Mərkəzində isə yaradıcı kollektiv tərəfindən məharətlə hazırlanmış müstəqilliyi və dövlətçiliyi tərənnüm edən konsert proqramı tamaşaçılarda şux ovqat yaradaraq, onlara əsl bayram sevinci yaşadıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMT Azərbaycanda qadınlarla bağlı vəziyyətdən narahatdır 21 Oktyabr 2019, 10:13 Bakıda avtobus qəzaları artıb, azalıb? - Rəsmi STATİSTİKA 21 Oktyabr 2019, 10:05 Ermənilər Cəbrayılı artilleriya atəşinə tutdular - FOTOLAR 21 Oktyabr 2019, 09:41 Düşmən atəşkəsi 22 dəfə pozdu 21 Oktyabr 2019, 09:39 Xəzərdə "Ford" yandı 21 Oktyabr 2019, 09:17 “Beşiktaş”da yeni prezident seçildi 21 Oktyabr 2019, 09:14 Ziyalılar cinsi azlığın telekanallara çıxarılmasına son qoyulmasını tələb etdilər: “Belə insanlar güllələnməlidir!” 21 Oktyabr 2019, 08:58 Manat həftəyə bu məzənnə ilə başladı 21 Oktyabr 2019, 08:17 Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00