Modern.az

Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq

Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq

Aktual

15 İyun 2019, 21:14

"Gələn aydan etibarən Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək".

Modern.az "Report"a istinadən  xəbər verir ki, bunu Misirin turizm naziri Rania əl-Mashatın Azərbaycana səfəri ilə əlaqədar keçilmiş tədbirdə deyib.

 

Nazir 2017-2018-ci illərdə iki dövlət arasında turist axınının artdığını bildirib:

 

"Misirin gəlirlərinin 20 faizdən çoxu turizm sahəsinin payına düşür. Turizmə böyük önəm veririk. 2018-ci ilin sonundan etibarən turizmin inkişaf planını həyata keçiririk. Bunun nəticəsi olaraq, Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək", - deyə o bildirib.

 

Nazir Azərbaycandan Misirə turist cəlb etmək istədiklərini vurğulayıb: "İki ölkə arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Turizm əlaqələri də siyasi əlaqələrin üzərində qurulub".

 

Rania əl-Mashat Misirin təhlükəsizliyinə böyük önəm verildiyini bildirib və əlavə edib ki, ölkəyə səfər edənlərin çoxluğu təhlükəsizliyə olan etimadı bir daha sübut edir.

 

Xatırladaq ki, iyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti Bakı–Şarm-əş-Şeyx marşrutu üzrə həftəlik reyslər yerinə yetirəcək. Uçuşlar hər cümə axşamı "Boeing 757-200" tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir