Modern.az

VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR

VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR

Aktual

16 İyun 2019, 00:26

İyunun 15-də VII Muğam Televiziya Müsabiqəsinin final mərhələsi baş tutub.

Modern.az  xəbər verir ki, ötən gün saat 21:00-da başlayan müsabiqənin final mərhələsində 7 ifaçı mübarizə aparıb.

 

Müsabiqənin finalında 1-ci yeri Xəyal Hüseynov və İlahə Rüstəmova, 2-ci yeri Murad Rüstəmzadə, Zülfiyyə Cəbrailzadə, 3-cü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Ələkbərov bölüşüb.

 

Birinci yerin qaliblərinə xalq artistləri Arif Babayev və Əlibaba Məmmədov, ikinci yerin qaliblərinə Səkinə Rzayeva və Mənsum İbrahimov, 3-cü yer qaliblərinə isə Mələkxanım Eyyubova, Sərdar Fərəcov və İlqar Fəhmi mükafatları təqdim edib.

 

Qeyd edək ki, 1-ci yerin sahibi İlahə Rüstəmova Muğam Müsabiqəsi-2011-də 2-ci yeri tutan Kamilə Nəbiyevanın bacısıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!