Arxiv
17 İyun 2019, 09:38 | AKTUAL
40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ

"Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı yol- nəqliyyat hadisəsi ilə bağlı dəhşətli rəqəmlər açıqlayıb. Ekspert qeyd edib ki, son 40 gündə 93 nəfər yol qəzalarında ölüb. 

 

Onun sözlərinə görə, bu rəqəm təxminən günə 2 nəfərdən artıq insan deməkdir. Yol qəzaları, sürücü və piyada məsuliyyətsiziliyindən çox danışılsa da, neqativ hallar bitib-tükənmir. Dəfələrlə mətbuatda və televiziyalarda maarifləndirici məlumatlar paylaşılır. Sürücülərin və piyadaların diqqətli olması ilə bağlı daim çağırışlar edilir. Lakin "yol terroru” davam etməkdədir.



Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev yol qəza hadisələrinin baş vermə səbəblərinə görə, piyadaları ittiham edib:


“Polis əməkdaşları hər zaman profilaktik tədbirlər həyata  keçirir. Hər hansı yol nəqliyyat hadisəsinin qarşısının alınmasında da hər zaman zəruri tədbirlər görürlər. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını, xüsusilə piyadaları yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Baxmayaraq ki, çox sayda yeraltı və yerüstü piyada keçidləri mövcuddur, yenə də bəzi piyadalar tərəfindən qayda pozuntularına yol verilir. Yüksək sürətin müəyyən olunduğu yollardan keçirlər. Nəticədə əziyyət çəkən, xəsarət alan, hətta dünyasını dəyişənlər də piyadaların özləri olur. Onlar öz həyatlarını təhlükə altında qoymamalıdırlar, yalnız müəyyən edilmiş keçidlərdən keçməli və işıqforun onların hərəkətinə icazə verən işığının yanmasını gözləməlidirlər”.

İdarə rəisi xüsusilə mövsümlə əlaqədar olaraq, sürücülərə də xəbərdarlıq edib:
“Sürücülərə də tövsiyə edirik ki, hər zaman nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər. Təhlükəsizlik kəmərindən mütləq istifadə eidlməlidir, hərəkət zamanı sürət rejiminə, manevr, ötmə qaydalarına ciddi əməl etmək lazımdır. Yorğun, yuxusuz halda sükan arxasına əyləşmək olmaz. Həmişə olduğu kimi, tösiyə edirik ki, 2-3 saatlıq hərəkətsizlikdən sonra qısamüddətli istirahət etsinlər. Yay mövsümü başlayıb. Havaların isindiyini nəzərə alaraq, soyuducu sistemi olmayan nəqliyyat vasitələri sahiblərinə günün sərin saatlarında yola çıxmaları məsləhət görülür”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqlı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49