Arxiv
17 İyun 2019, 10:02 | MƏDƏNİYYƏT
Xalq şairinin yubiliyar qızı - Xatirə xanım

Gənclik təravəti hələ də onu tərk etməyib. Daxilən zəngin olduğundan siması çox nurludur. Uşaq təki saf, müdriklər kimi təmkinlidir. Baxışlarından qəribə bir hikmət süzülür. Nitqi rəvan, iti zəkalı, dərin təfəkkürlü, istedadlı xanımdır. Üzücü standartlar ruhuna yaddır. Aktiv olmağı xoşlayır. Hər zaman yenilik yaratmaq eşqi ilə yaşayır…

Haqqında söhbət açdığım Xatirə xanım xalq şairi Nəriman Həsənzadənin ailəsində dünyaya gəlib. Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-1982-ci illərdə indiki Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsində oxuyub. 1983-cü ildən həmin ali təhsil ocağında pedaqoji fəaliyyətlə məşğuldur. “Türk xalqlarının mahnılarında intonasiya əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda “Qafqaz Albaniyasının musiqi mədəniyyəti” adlı doktorluq dissertasiyası üzərində işləyir. Eyni zamanda rəssamdır…

Deyir ki,- “Artıq iyirmi yeddi ildir pedaqoji fəaliyyətlə yanaşı rəssamlıqla da məşğulam. Bu sənətə gəlişim gözlənilmədən olub. Hər gün yeni ideyalar tapırdım. Onlar beynimə təsvir kimi yox, hekayə kimi gəlirdi. Qız qalasının, Misir piramidalarının sirrlərini əsərlərimdə açmaq istəyirdim. Bir gün hiss etdim ki, mən bunu bacarıram”…

Onun rəngli qrafik əsərləri az deyil, amma daha çox ağ-qara rəsmlər çəkir. Heç zaman çəkəcəyi rəsmi əvvəlcədən planlaşdırmır. Yalnız sonda məlum olur ki, nə çəkib. Sərgilərinin birində ondan hansı üslubda çəkdiyini soruşurlar, cavab verməyə çətinlik çəkir. Xalq rəssamı Rasim Babayev bildirir ki, bu yeni üslubdur. Qeyri-adi istedadı olan bu xanm, qrafikanın məlum üslublarını dəf edərək əlavə bir cığır açıb. İndiyədək xeyli sərgiləri də təşkil olunub. Onu bir rəssam kimi təqdim etsəm də, Xatirə xanım həm də musiqişünasdır. Bir musiqişünas alim kimi də əməyi az olmayıb. Uzun illərdir ki, Azərbaycan mədəniyyətinə xidmət göstərir…

İyunun 17-si Xatirə xanım Həsənzadənin yubiley günüdür. Yəqin ki, doğmaları, əzizləri bu münasibətlə təşkil olunan tədbirdə onun xidmətlərindən söhbət açıb, ağız dolusu danışacaqlar. Mən isə uzaq Amerikadan bu təvazökar, istedadlı Azərbaycan xanımına ehtiramımı bildirir, Onu yubileyi münasibəti ilə təbrik edirəm. 

Yeni yaşınız mübarək, Xatirə xanım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər, gürcü keşişlər ərazidən uzaqlaşdırıldı 24 İyul 2019, 13:28 Axtarışda olan 17 nəfər tutuldu 24 İyul 2019, 13:21 II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində 24 İyul 2019, 12:57 FHN-ə yeni mətbuat katibi təyin olundu 24 İyul 2019, 12:54 Abid Şərifov: “Jurnalistin işdən çıxarılması məni maraqlandırmır” 24 İyul 2019, 12:45 Güclü külək sabah da davam edəcək - HAVA PROQNOZU 24 İyul 2019, 12:34 Gənclər Fondu qrant müsabiqəsi elan etdi 24 İyul 2019, 12:34 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir 24 İyul 2019, 12:23 Tarixdə iz qoyanlar: Ermənilərin didərgin saldığı, iflicdən ölən VƏTƏN ŞAİRİ 24 İyul 2019, 12:20 Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF 24 İyul 2019, 12:04 Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi 24 İyul 2019, 11:52 “Azercell-Lab” təcrübə proqramının qalibləri bilindi 24 İyul 2019, 11:42 Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi 24 İyul 2019, 11:35 Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA 24 İyul 2019, 11:33 ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi   24 İyul 2019, 11:27 Qarabağda erməni hərbçi öldü 24 İyul 2019, 11:13 Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi AÇILACAQ 24 İyul 2019, 10:55 UNESKO-nun nümayəndəsi Bakıdan YAZDI 24 İyul 2019, 10:51 Cəbhədə monitorinq keçiriləcək   24 İyul 2019, 10:39 “Neftçi” Rusiyaya uça bilmir 24 İyul 2019, 10:27 Kapital Bank – 145 il sizinlə! 24 İyul 2019, 10:12 Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi 24 İyul 2019, 10:03 Bakıda qəza tıxaca səbəb oldu - FOTO 24 İyul 2019, 09:57 Ermənilər cəbhədə təxribatlara davam edir 24 İyul 2019, 09:44 4 rayon qazsız qalacaq 24 İyul 2019, 09:40 Manat və dollar bu gün neçəyə satılır? 24 İyul 2019, 09:33 Lalə Şövkət Leyla Yunusu təkzib edir 24 İyul 2019, 09:22 Ali məktəblərə ixtisas seçimi başlayır   24 İyul 2019, 09:15 Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib 24 İyul 2019, 09:06 Bakını cənginə alan küləklər: “...Metereoloji silahlardan istifadə edilir” - AÇIQLAMA 24 İyul 2019, 09:02 Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi 24 İyul 2019, 08:55 "EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL 24 İyul 2019, 08:52 “Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59