Modern.az

Lənkəran çayından kişi meyiti tapılıb  

Lənkəran çayından kişi meyiti tapılıb  

Aktual

17 İyun 2019, 11:07

Lənkəran çayından 1 nəfərin meyiti çıxarılıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı