Modern.az

Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər

Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər

Aktual

17 İyun 2019, 12:50

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Venesuela Bolivar Respublikasının Bakıdakı səfiri Kristofer Alberto Martines Berroteronla və Venesuela KP MK-nın üzvü, Venesuela KP Beynəlxalq əlaqələr komitəsinin katibi Ramon Pomblasla görüşüb.     

 

Bu haqda Modern.az-a R.Qurbanov məlumat verib.

 

O deyib ki, görüşdə Azərbaycan - Venesuela dövlətlərarası iqtisadi və siyasi əlaqələrin  genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub.

“Kristofer Alberto Martines Berroteron görüşdən böyük məmnunluq hissi keçirdiyini qeyd edib. Belə görüşlərin vaxtaşırı və  mütəmadi keçirilməsinin hər iki dövlətin mənafelərinə xidmət etdiyini vurğulayıb

 

Səfir beynəlxalq imperializmin təsiri ilə ölkəsinin qarşılaşdığı ağır iqtisadi və siyasi durum barədə AKP MK sədrinə ətraflı məlumat verib, ABŞ-ın Venesuelanın daxili işlərinə qarşımasını kəsin pisləyib”-deyə R.Qurbanov bildirib.

 

Partiya rəhbəri qeyd edib ki, özü Azərbaycanda aparılan islahatlar barədə səfiri məlumatlandırıb.

 

Daha sonra Alberto Martines Azərbaycan və Venesuela xalqlarının qonaqpərvərlik, istiqanlılıq və insanlar arasında səmimi münasibətlər kimi  bir sıra oxşar cəhətlərin olmasını xüsusi qeyd edib. Bakıda özünü doğmaları arasındakı kimi hiss etdiyini də diqqətə çatdırıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür