Arxiv
17 İyun 2019, 13:20 | MEDİA
ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA

"Son günlərdə sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi sujetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqqında şaiələr yayılır. Bildirirk ki, bu xəbərlərin heç bir əsası yoxdur və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil.  Öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jutnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib". 

Bu fikirlər "Azad Azərbaycan" Televiziyasından Modern.az saytının redaksiyasına daxil olan açıqlamada deyilir. Daha sonra bildirilib:

"ATV telekanalı yayım siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildir. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı satira və tənqidi materiallar da yer alır. Dəfələrlə telekanalımızn efirində müxtəlif sahələrdə mövcu olan nöqsanlar tənqid edilib, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülüb. Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik. 

Buna görə də İlkin Xəlilovun məlum süjetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk. 

Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirilməməsi mühüm şərtlər sırasına daxildir".

Xatırladaq ki, sosial şəbəkələrdə ATV telekanalının tanınmış jurnalisti İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb. Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən Azərbaycan milli komandasını, o cümlədən AFFA rəhbərliyini tənqid edib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:53 DİN-dən həbs edilən polkovniklə bağlı AÇIQLAMA 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14