Modern.az

Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi

Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi

17 İyun 2019, 14:07

Tbilisidə Gürcüstan prezidentinin sarayı qarşısında simvolik aksiya keçirilib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, “Birlikdə evdə - Gürcüstanda” təşkilatının üzvləri sarayın qarşısına kartof kisələri gətiriblər.

Aksiya iştirakçıları prezident Salome Zurabişvilinin istefasını tələb ediblər.

 

Təşkilatın rəhbəri Salome Çelidze bildirib ki, kartof prezidentin hakimiyyətə gəlməsi ilə bağlıdır: “Bizdə hamı üçün havayı kartof var. Kartof simvolik olaraq paylanılacaq və bu, Salome Zurabişvili istefaya gedənə qədər davam edəcək”.

 

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən ilin noyabrında ölkədə keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasını S.Zurabişvilinin xeyrinə seçicilərin səslərini kartof və soğanla satın almaqda ittiham ediblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir