Modern.az

İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...”

İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...”

17 İyun 2019, 15:19

“Demək belə, hər şeyə, bütün suallara tam aydınlıq gəldiyindən artıq son nöqtəni qoymaq olar. ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm”.

Modern.az xəbər verir ki, bunu ATV-nin İdman Departamentinin redaktoru, aparıcı İlkin Xəlilov bildirib. O, sosial şəbəkədəki dəstəyə görə təşəkkür edib:

“Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!!”.

Xatırladaq ki, tanınmış jurnalist İlkin Xəlilov gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə ATV rəhbərliyinin təzyiqi ilə üzləşdiyi barədə məlumat yayılıb. Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən Azərbaycan milli komandasını, o cümlədən AFFA rəhbərliyini tənqid edib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır