Modern.az

Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO

Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO

Aktual

17 İyun 2019, 16:32

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

 

Qida Təhlükəsizliyi Agentliyindən Modern.az-a verilən məlumata görə, növbəti belə tədbir iyunun 16-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Agentliyin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində keçirilib.

Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.

 

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!