Modern.az

Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı

Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı

17 İyun 2019, 17:18

Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yerləşən apteklərdən birindən gecə saat 04:21 radələrində Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.

 

Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də, onun bu niyyətinin qarşısı alınıb. Polis bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?