Arxiv
17 İyun 2019, 17:28 | AKTUAL
“Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov

1993-cü ilin  bu günlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də sabiq AMİP lideri Etibar Məmmədov olub.  O dövrdə E. Məmmədova müxtəlif vəzifələr təklif olunması, lakin onun razılaşmaması haqda söz-söhbətlər dolaşırdı. Bəs o günlərdə Azərbaycanın aparıcı müxalif siyasi liderlərindən olan bu şəxs nədən vəzifəsiz qalıb?

 

Modern.az  xəbər verir ki, Etibar Məmmədov Moderator.az-a açıqlamasında  həmin məsələlərə münasibət bildirib


 
-Etibar bəy, 1993-cü ilin iyununda  AXC iqtidarı və Heydər Əliyevlə hakimiyyət bölgüsü müzakirələrində sizin iştirakınız necə olub?


 
- O dövrdə mənə müxtəlif təkliflər edilib. Elçibəy Kələkiyə getməmişdən öncə Baş nazir vəzifəsi təklif etmişdi.  Hətta  axırıncı gün, yəni iyunun 17-də gündüz mən müəyyən şərtlər irəli sürmüşdüm, onlar da razılaşdırılmışdı və mən hökumət başında durmağa razılıq vermişdim.  Lakin həmin gecə Elçibəy çıxıb getdi və bununla da məsələlər dəyişdi. Heydər Əliyev də vəzifələr təklif edib mənə. Sadəcə, ona da bildirmişəm ki, mənim məqsədim vəzifə xətrinə post tutmaq deyil. Mən sizinlə  ölkəniin inkişafı haqda müəyyən razılaşmaya gəlməliyəm, bilməliyəm ki, siz ölkəni hansı istiqamətə aparacaqsınız. Əsas tələbim də ondan ibarət olub ki, Konstitusiyada dəyişiklik edilməli, yenidən parlament seçkiləri keçirilməli, yalnız bundan sonra prezident seçkiləri keçirilməlidir. Lakin Heydər Əliyev həmin şərtlərlə razılaşmadı və ona görə də mən heç bir vəzifəni qəbul etmədim. Burada gizlin bir şey yoxdur...  


-Baş nazir vəzifəsini Elçibəy özü şəxsən təklif etdi sizə? 


- Bəli.  Heydər Əliyevlə birlikdə söhbət zamanı. Əvvəlcə iyunun 15-də, sonra 16-da təklif edilib. İyunun 17-də günorta saatlarında isə dediyim kimi, Elçibəylə təkbətək görüşəndə o, baş nazir olmağım barədə təklifi verib və hətta deyib ki, bu haqda fərman da hazırdır.  Axşam da yenidən görüşüb razılığa gəlmişik...

 

- Bəs  Əbülfəz bəy Kələkiyə getdikdən sonra Heydər Əliyev özü ayrılıqda hansı vəzifəni təklif etdi? 

 

-Heydər Əliyev  Ali Sovetin sədri olanda  mənə 1-ci müavin vəzifəsini təklif edib. Daha sonra isə baş nazirin 1-ci müavini  və xarici işlər naziri vəzifələrini... Lakin dediyim kimi, mənim şərtlərim qəbul edilmədiyimdən bunların heç biri ilə razılaşmamışam. 

 

-Belə çıxır ki, siz o dövrdə Azərbaycanda yaranmış xaotik situasiyada Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə razılaşmısınız?

 

- Bilirsiz, Heydər Əliyev o dövrdə həlledici fiqurlardan biri idi. Lakin yenə deyirəm, Heydər Əliyevi Bakıya mən dəvət etməmişəm.  Bu, AXC liderlərinin özlərinin təşəbbüsü ilə olub. Onlar yığışıb belə qərara gəliblər ki, Heydər Əliyevi Bakıya dəvət etsinlər və ona hakimiyyət bölgüsünü də təklif etsinlər. İndiyədək bunu dəfələrlə İsa Qəmbər, Pənah Hüseyn  və digərləri də etiraf edib ki, biz o vaxt toplandıq və belə qərara gəldik. Hakimiyyətdəkilər belə bir qərara gəldikdən sonra məən niyə etiraz etməli idim?..

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20 Manat və dolların sabahkı məzənnəsi 16 İyul 2019, 17:05 Rövşən Rzayev vətəndaşları qəbul etdi 16 İyul 2019, 16:59 Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi 16 İyul 2019, 16:54 Türk alimləri süni ürək və qaraciyər hazırlayır 16 İyul 2019, 16:43 Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA 16 İyul 2019, 16:42 Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi 16 İyul 2019, 16:35 Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü 16 İyul 2019, 16:32 51 abituriyentin qiymətində dəyişiklik edildi 16 İyul 2019, 16:31 “Ermənilər görəcəklər ki, bu bikar söhbətlərdir” - Deputatlardan Konqresin qərarını REAKSİYA 16 İyul 2019, 16:18 "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı 16 İyul 2019, 16:11 Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır 16 İyul 2019, 16:06 Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü   16 İyul 2019, 15:57 Zakir Həsənov hərbi hissələri yoxladı - FOTOLAR 16 İyul 2019, 15:30 Sabahın hava PROQNOZU 16 İyul 2019, 15:12 Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat YAYDI 16 İyul 2019, 15:07 İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi   16 İyul 2019, 14:46 Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb 16 İyul 2019, 14:37