Modern.az

Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO

Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO

17 İyun 2019, 21:43

Bu gün Goranboy rayonunda Səhiyyə işçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir  Ulu Öndər  Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulduqdan sonra Goranboy rayon Mərkəzi Xəstəxanasını inzibati binasının akt zalında davam edib.

Tədbiri giriş sözü ilə açan Goranboy  Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev  bildirib ki, 17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı tarixdir. Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli sərancamına əsasən hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

İcra başçısı, Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qaygıdan bəhs edərək, bu siyasətin bu gün də möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezdent Mehriban xanım Əliyeva tərəfindən uğurla  davam etdiyini bildirib.

 Sonda fərqlənən səhiyyə işçilərinə Goranboy rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı