Modern.az

Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı

Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı

17 İyun 2019, 23:27

Axşam saatlarında Masallı-Yardımlı yolunun Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki,  1981-ci il təvəllüdlü Masallı rayonu Dadoba kənd sakini Sadıqov Bəhruz Nadir oğlu idarə etdiyi "Mercedes" markalı, "10-MT-517" dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Dadoba kənd sakinləri - 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov və 1981-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

Baş verən qəzadan sonra Ərkivan qəsəbəsi və ətraf kəndlərə elektrik enerjisi verilişində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?