Modern.az

Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI

Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI

18 İyun 2019, 09:26

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ölkədə rəsmi qeydiyyatdan keçmiş siyasi partiyaların siyahısını yayıb.

Modern.az-ın məlumatına görə, Pənah Hüseyn biildirib ki, siyasi partiyaların qeydə alınma tarixi və hüquqi ünvanları məlum olsa da, onların bir çoxunun faktiki ünvanları, rəhbərləri və əlaqə telefonları haqqında bilgilər yoxdur.
“Göstərilən partiyalardan 21-nin faktiki ünvanları, rəhbərləri və əlaqə telefonları haqqında mən ümumiyyətlə məlumat əldə edə bilmədim”,-deyə o qeyd edib. 

P.Hüseyn əlavə edib ki, partiyaları axtarmaqda məqsəd bir qrup təşəbbüskar qurum tərəfindən (işçi qrup kimi AXP, AMİP və BAP) ölkənin aktual siyasi problemlərinə dair rəsmi dövlət qeydiyyatında olan siyasi təşkilatlar formatında tədbir hazırlanmasıdır. 

Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar aşağıdakılardır. Göstərilən ünvanlar hüquqi ünvanlardır:

1.Azərbaycan Milli İstiqlal Partiyası 
17.07.1992
Bakı şəhəri, Azadlıq prospekti 4

2.Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası 
24.07.1992
Bakı şəhəri, Naxçıvan küçəsi 1, mənzil 23

3.Azərbaycan Xalq Demokratik Partiyası 
11.08.1992
Sumqayıt şəhəri, Dostluq küçəsi, 24

4.“Ana Vətən” Partiyası 
11.08.1992
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,3

5.Milli Demokrat İdrak Partiyası 
11.08.1992
Bakı şəhəri 4-cü m/r, Tağızadə küçəsi 68, mənzil 40

6.Azərbaycan Kəndli Partiyası 
23.09.1992
Bakı şəhəri, H.Hacıyev küçəsi 4

7.Vətəndaş Həmrəyliyi Partiyası 
03.11.1992
Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 9
Bakı şəhəri, Natəvan döngəsi, 1 (faktiki ünvan)

8.Müsavat Partiyası 
08.12.1992
Bakı ş., Binəqədi r., Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, 2 saylı Evtikmə Kombinatının binası

9.“Birlik” Partiyası 
18.12.1992
Bakı şəhəri, S.Rüstəmov küçəsi 35, mənzil 53

10.Yeni Azərbaycan Partiyası 
18.12.1992
Bakı şəhəri, Bülbül prospekti 13

11.Vahid Azərbaycan Milli Birlik Partiyası 
13.01.1993
Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, 62/11

12.Vahid Azərbaycan Partiyası 
13.01.1993
Bakı şəhəri, R.Bağırov küçəsi 28, mənzil 16

13.Demokratik Azərbaycan Dünyası Partiyası 
10.02.1993
Bakı şəhəri, Rəfiyev küçəsi 25

14. Müstəqil Azərbaycan Partiyası 
10.02.1993
Bakı şəhəri, A.Abbaszadə küçəsi, 17

15. Milli Qurtuluş Partiyası 
03.03.1993
Bakı şəhəri, Naxçıvanski küçəsi 58, mənzil 25

  1. Azərbaycan Yurddaş Partiyası 
    12.03.1993
    Bakı şəhəri, General Mehmandarov küçəsi 18 
    Bakı şəhəri, Sarayev küçəsi 13a (faktiki ünvan)

  2. Azərbaycan Ümid Partiyası 
    05.05.1993
    Bakı şəhəri, Nərimanov rayonu, İ.Xəlilov küçəsi, 1929-cu məhəllə

  3. “Qorqud” Partiyası 
    10.11.1993
    Bakı şəhəri, İnqlab küçəsi 1, mənzil 214

  4. Azərbaycan Milli Hərəkat Partiyası 
    02.03.1994
    Bakı şəhəri, Mətbuat prospekti, 36

  5. Azərbaycan Kommunist Partiyası 
    02.03.1994
    Bakı şəhəri, Xosrov Ruzbeh küçəsi 44/46, mənzil 27 
    Bakı şəhəri, 534-cü məh., A.Ağayev küçəsi, 1 (faktiki ünvan)

  6. Azərbaycan Milli Dövlətçilik Partiyası 
    12.10.1994
    Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a

  7. Azərbaycan Vətənpərvərlər Partiyası 
    12.10.1994
    Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 153, 28 May döngəsi

  8. Azərbaycan Demokratik Sahibkarlar Partiyası 
    17.05.1994
    Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi, 66

  9. Azərbaycan Naminə Alyans Partiyası 
    22.06.1995
    Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 93

  10. Azərbaycan Demokratik Maarifçilik Partiyası 
    04.08.1995
    Bakı şəhəri, Q.Məmmədov küçəsi 3/20, 105

  11. Azərbaycan Sosial Rifah Partiyası 
    04.08.1995
    Bakı şəhəri, Təbriz küçəsi 92

  12. Azərbaycan Liberal Partiyası 
    14.08.1995
    Bakı şəhəri, 370001, H.Hacıyev küçəsi, 1/15 
    Bakı şəhəri, Azadlıq 72 (faktiki ünvan)

  13. Azərbaycan Sosial Demokrat Partiyası 
    01.09.1995
    Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200

  14. Azərbaycan Xalq Cəbhəsi Partiyası 
    01.09.1995
    Bakı şəhəri, Xaqani küçəsi 33

  15. Azərbaycan Vahid Kommunist Partiyası 
    19.09.1995
    Bakı şəhəri, A.Gəraybəyli küçəsi 67/71, mənzil 2

  16. Sosial Ədalət Partiyası 
    11.12.1998
    Bakı şəhəri, Y.Məmmədəliyev küçəsi 9, mənzil 13/15

  17. Milli Konqres Partiyası 
    11.12.1998
    Bakı şəhəri, Nizami küçəsi 48, mənzil 10

  18. Vəhdət Partiyası 
    11.12.1998
    Bakı şəhəri, Z.Əliyeva küçəsi 23, mənzil 52/54

  19. Azərbaycan Respublikaçılar Partiyası 
    09.07.1999
    Bakı şəhəri,Təbriz küçəsi, 86

  20. Azərbaycan Xalq Partiyası 
    09.07.1999
    Bakı şəhəri, Naxçıvan küçəsi 27, mənzil 47

  21. Azərbaycan Liberal Demokrat Partiyası 
    09.07.1999
    Bakı şəhəri, Əzim Əzimzadə küçəsi, ev 4

  22. Azərbaycan Demokrat Partiyası 
    03.02.2000
    Bakı şəhəri, 370008, Əliəşrəf Əlizadə küçəsi, 13

  23. “Azərbaycan Mübarizləri” Partiyası 
    27.05.2000
    Bakı şəhəri, Rəsul Rza küçəsi 20, 12

  24. “Ədalət” Partiyası 
    08.05.2002
    Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 2

  25. “Milli Vəhdət” Partiyası 
    08.05.2002
    Bakı şəhəri, B.Səfəroğlu küçəsi 195 
    Bakı şəhəri, T.Əliyev küçəsi 67/71 (faktiki ünvan)

  26. Müasir Musavat Partiyası 
    08.05.2002
    Bakı şəhəri, 8-ci m/r, ev 23a, mənzil 71

  27. Azərbaycan Azad Respublikaçılar Partiyası 
    08.05.2002
    Bakı şəhəri, H.Əliyev küçəsi 15, mənzil 68

  28. Böyük Quruluş Partiyası 
    12.08.2005
    Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 4

  29. Azadlıq Partiyası 
    12.08.2005
    Bakı şəhəri, Mətbuat prospekti, 24

  30. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası 
    12.08.2005
    Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 65, mənzil 5

  31. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 
    12.08.2005
    Bakı şəhəri, 12-ci Aşırım küçəsi, 70a

  32. Azərbaycan Tərəqqi Partiyası 
    12.08.2005
    Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117, mənzil 61

  33. Böyük Azərbaycan Partiyası 
    12.08.2005
    Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 27/121

  34. Azərbaycan Təkamül Partiyası 
    12.08.2005
    Bakı şəhəri, M.Hadi küçəsi 65, mənzil 112

  35. Vətəndaş Birliyi Partiyası 
    12.08.2005
    Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 89v, ev 29

  36. Klassik Xalq Cəbhəsi Partiyası 
    31.01.2007
    Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 18

  37. Vətəndaş və İnkişaf Partiyası 
    10.08.2007
    Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 69

  38. Azərbaycan Milli Demokrat Partiyası 
    24.12.2008
    Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbarov küçəsi, ev 10

  39. Aydınlar Partiyası 
    19.11.2009
    Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70, mənzil 188

  40. Milli Dirçəliş Hərəkatı Partiyası 
    31.05.2011
    Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi 5/7
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı