Modern.az

Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS

Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS

18 İyun 2019, 09:58

“Bakı Nəqliyyat Agentliyinin (BNA) texniki heyəti bu həftə Türkiyəyə yola düşəcək. Məqsəd Azərbaycan üçün istehsal olunan 300 avtobusa “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətində baxış keçirilməsidir”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, 300 yeni avtobus avqustda Bakıda olacaq:

“İlkin olaraq daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobuslar yenilənəcək. Müasir standartlara cavab verən, kondisionerli avtobuslar, eyni zamanda, Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə də buraxılacaq”.

 

M.Ağyevin sözlərinə görə, hazırda Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə təxminən 2000-2020 ədədə yaxın avtobus gündəlik olaraq sərnişinlərə xidmət göstərir:

“Yeni avtobusların gətirilməsindən sonra Bakıdakı avtobus parkının xeyli hissəsi yenilənmiş olacaq. Yeni avtobusların uzunluğu 12 və 18 metrdir”.

İstismardan çıxarılacaq avtobusların aqibətinə gəlincə, BNA rəsmisi deyib ki, bu, daşıyıcı şirkətlərin səlahiyyətlərində olan məsələdir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir