Modern.az

Kapital Bank müştərinin kreditini tam ödədi

Kapital Bank müştərinin kreditini tam ödədi

Aktual

18 İyun 2019, 10:45

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirib. Şərtlərə görə 1 may – 31 may 2019-cu il tarixləri arasında kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərdilər.

 

7 iyun 2019-cu il tarixində lotereyanın son tirajı keçirilib və aylıq kredit ödənişini qazanan 3 müştəri ilə yanaşı daha bir müştəri əsas hədiyyəni – tam kredit məbləğini əldə edib. Qalib gələn müştəri Kapital Bank-ın Lənkəran filialının müştərisi Dövlət Ağacanov oldu.

 

Lotereya ərzində ümumilikdə 12 müştəri aylıq kredit ödənişini, bir müştəri isə tam kreditini qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu