Modern.az

Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi

Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi

18 İyun 2019, 11:38

“Kütləvi İnformasiya Vasitələrinə əlavə dəyər vergisi tətbiq edilməli deyil. Ümumiyyətlə,  Azərbaycanda çap məhsulları, xüsusən də  ölkəyə gətirilən qəzet kağızı  üzərindən  əlavə dəyər vergisi ləğv edilməlidir. Hesab edirəm ki, bu məsələ gündəmə gəlməlidir”.

 

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Deputatın görə,  bəzi  məsələlər var ki, onu hər zaman gündəmə gətirib:

 

“Çünki həmin məsələlər kifayət qədər aktualdır. Hesab edirəm ki, nəinki qəzet kağızı, eləcə də, xaricdən ölkəyə gətirilən jurnallar və kitablar üzərindən də əlavə dəyər vergisi götürülməlidir. Bu çox vacib məsələdir”.

 

O bildirib ki, bəzi ölkələrdə bu məsələlər aradan qaldırılıb:

 

“Üstəlik  18%-ə qədər ƏDV, 8%-ə qədər gömrük rüsumu, üstəlik hər hansı müəssisə gəlir əldə etmək üçün onun üzərinə əlavə pul qoyur. Eyni zamanda,  həmin müəssisə hesabat verərkən yenidən vergi ödəməli olur. Bir sıra ölkələrdə bu məsələlər narahatlıq yaratdığından xalqın inkişafı naminə aradan qaldırılıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir