Arxiv
18 İyun 2019, 14:11 | AKTUAL
Ağstafadakı dəhşətli güllələnmənin görüntüsü yayıldı - VİDEO

İyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verən cinayətin görüntüləri yayılıb.

Hadisədə 7 nəfər güllələnib. Onlardan 4-ü dünyasını dəyişib, 3-ü isə yaralıdır.

Qeyd edək ki, iyunun 17-də saat 08:00 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirə salınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən E.Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az saytı Baku.ws-a istinadən həmin videonu təqdim edir:

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30