Arxiv
18 İyun 2019, 15:25 | AKTUAL
Sumqayıtın gələcəyini irəlicədən görən rəssam...

15 iyun - Milli Qurtuluş günü və Sumqayıtın 70 illik yubileyi münasibətilə "Sumqayıtın Tarixi" muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, sumqayıtlı rəssam Tofiq Əhmədovun fərdi sərgisi nümayiş olunub. Sərgidə şəhər ictimaiyyətinin nümayəndələri - ziyalılar, iş adamları, sənət yoldaşları iştirak ediblər. 


Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Olya İslamova rəssamın yaradıcılıq yolu haqqında geniş məlumat verib. Şəhərin baş rəssamı, Azərbaycanın Əməkdar İncəsənət xadimi Vaqif Nəzirov, respublikanın tanınmış rəssamları İlqar Əliyev, Nazir Pirquliyev, Əməkdar jurnalistlər Eyruz Məmmədov, Qüdrət Məlikov, respublika Dövlət mükafatı laureatı, kimya elmləri namizədi Təbrik Quliyev öz çıxışlarında Tofiq Əhmədovun sərgidə nümayiş etdirilən əsərləri barədə fikirlərini söyləmiş, ona yeni sənət uğurları arzulamışlar. 


Sərgidə rəssamın son illər yaradıcılıq məhsulu olan 60-dan artıq maraqlı rəngkarlıq əsərləri  - Azərbaycanın görkəmli sənət adamlarının portrerlərİ, təbiət mənzərələri, natürmortlar, ağaclardan, müxtəlif materiallardan hazırlanmış tətbiqi sənət nümunələri və s. nümayiş etdirilir.


...Tofiq Əhmədov ilk rəssamlıq təhsilini Bakı Rəssamlıq məktəbində almışdır. Sonralar həm də Sumqayıt Politexnik Texnikumunu bitirən gənc rəssam təhsil illərində Sintetik kauçuk zavodunun estetika şöbəsində çalışmış, öz istedad və bacarığı ilə sənaye müəssisələrinin, eləcə də ümumşəhər tədbirlərinin tərtibat işlərində fəal iştirak etmişdir. 1989-cu ildən şəhərin Bədii tərtibat və reklam İdarəsində fəaliyyətini rəssam kimi davam etdirən Tofiq Əhmədovun Sumqayıtın müxtəlif məhəllə və mikrorayonlarının bədii-estetik tərtibatında mühüm rolu olmuşdur.


1974-cü ildən başlayaraq böyük bir sənət yolu keçmiş rəssamın yaradıcılığı çoxşaxəliliyi ilə maraq doğurur. Onun sərgidə nümayiş etdirilən, rəngli boya ilə kətan üzərində işlədiyi, müxtəlif janrlarda yaratdığı rəngkarlıq nümunələri özünəməxsusluğu, orijinallığı ilə seçilir. Rəssamın bənzərsiz fırça ustası, Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin, Xan qızı Xurşid banu Natəvanın, builki Nəsimi ilinə töhfə olaraq görkəmli aktyor Rasim Balayevin simasında çəkdiyi dahi şairin, dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun, Sumqayıtın baş rəssamı Vaqif Nəzirovun, eləcə də ekiz nəvələrinin böyük ustalıqla yaratdığı portretləri, batal janrında işlədiyi “Xalq qəhrəmanı Babək”,  Aprel şəhidlərinə həsr etdiyi  “Şəhidlər ölmür” və s. əsərləri maraqla baxılır.


Tofiq Əhmədovun Sumqayıtın dünənini, bugününü, rəssam təxəyyülündən doğan gələcəyini əks etdirən əsərləri diqqəti xüsusilə cəlb edir. Rəssamın ağac üzərində işlədiyi, mövzu müxtəlifliyi ilə seçilən oyma nümunələri onun yaradıcılıq potensialının genişliyini təsdiq etməklə sənətsevərlərdə xoş ovqat yaradır, müəllifin sənətinə və özünə rəğbəti daha da artırır.  


Tofiq Əhmədovun ən maraqlı, dəyərli əsəri isə onun Sumqayıta böyük sevgi ilə, onun daha işıqlı, daha gözəl sabahına inamla yaratdığı monumental “Sumqayıt XXI əsrdə” pannosudur. 2010-cu ildə əsaslı təmirdən sonra yeni, müasir görkəm almış Muzeydə əsas eksponatlardan biri kimi ən baxımlı yerdə nümayiş etdirilən həmin əsər sumqayıtlıların və şəhərin qonaqlarının diqqətini daha çox cəlb edən, qəlb oxşayan romantik bir mənzərə kimi yaddaşlarda dərin iz buraxır. Maraqlıdır ki, rəssam sanki öz dərin təxəyyülü, sənətkar fəhmi ilə gündən-günə gözəlləşən, daha da füsunkar olan Sumqayıtın bugününü hələ 10 il əvvəl xəyalən görərək, belə bir fundamental əsər yaratmışdır. Onun vaxtilə rəssam xəyalında canlandırdığı mənzərənin bu gün göz oxşayan bir reallığa çevrilməsi sənətkar fantaziyasının nə qədər güclü, həm də inandırıcı olduğunu təsdiq edir.


Bəli, xoş sabahı, irəlini görmək Tofiq Əhmədov yaradıcılığı üçün xarakterik bir xüsusiyyətdir.  Onun fırçasının təkrarsız gözəllikli məhsulu olan “Sumqayıt XXI əsrdə” tablosunun hələ illər öncə Sumqayıtın bugünkü füsünkar dənizkənarı panoramasını əks etdirməsi, illər keçdikdən sonra şəhərin yeni rəhbərliyinin böyük quruculuq səylərinin qürur doğuran nəticələrindən biri kimi öz praktik, həyati həllini tapması, tablodakı təsvirin bugünümüzün reallığına çevrilməsi həm də Tofiq Əhmədovun rəssam kimi böyük bir sənət uğurudur. Ona daha böyük yaradıcılıq sevincləri arzulayırıq!

 

Rəhman ORXAN                                                                                        

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00