Arxiv
19 İyun 2019, 08:24 | DİASPOR
Amerikanın azərbaycanlı dirijoru

İstedad Allahın bəndəsindən əsirgəmədiyi çox qiymətli hədiyyəsidir. Əksər hallarda özünə yol tapıb parlasa da, bəzi hallarda pünhan qalır. Almaz kimidir, cilalandıqca daha dəyərli olur. Məkan tanımır, bütün sədləri dəf edib sahibinə şöhrət gətirir...

Bu gün sizə ABŞ-da yaşayan daha bir istedadlı gəncdən, maestro Fərhad Xudiyevdən söhbət açmaq istəyirəm. Ulu babası Təbrizdən Bakıya, Bakıdan da Türkmənistana gedib. Atası Adil Xudiyev Aşqabadda iqtisadçı işləyib, 2008-ci ildə vəfat edib. Anası Adilə Rəsulova həkim kardioloqdur. Özündən başqa iki qardaşı da var...

Fərhad 1985-ci ildə Türkmənistanda anadan olub. 2001-ci ildə Aşqabadda Respublika Musiqi Məktəbinin doqquzuncu sinifini bitirərək ABŞ-ın Miçiqan ştatına gəlib. Burada “İnterlochen Arts Academy”da orta təhsillə yanaşı, skripka və bəstəkarlıq ixtisasını əldə edib. 2004-2008-ci illərdə Oberlin Konservatoriyasında həmin ixtisas üzrə ali təhsil alıb. 2008-2010-cu illərdə Kannektikut ştatındakı Yel Universitetində ikinci ali təhsil kimi dirijor ixtisasına yiyələnib. 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışır. Bu yaxınlarda Texas Universitetinin simfoniya orkestrinə dəvət alıb. Sentyabr ayından orada musiqi rəhbəri vəzifəsində işləməklə yanaşı, dirijorluq sənətini tədris edəcək...

...Ömür-gün yoldaşı Marcilə xanım əslən Əfqanıstandandır. İxtisasca ekoloqdur. Alya adlı bir qızları var. Alya hələ ki, altı aylıq körpədir...

Fərhad artıq bir sıra uğura imza atıb. On iki yaşında olarkən Rusiyada keçirilən “Novıe imena" festivalında ilk azərbaycanlı kimi üç il dalbadal təmsil olunub. 2007-ci ildə ABŞ-da keçirilən beynəlxalq kamera musiqisi festivalında qızıl medala layiq görülüb. 2009-cu ildə Yel Universitetində yenə də kamera musiqisi üzrə müsabiqədə birinci yerin mükafatına sahib çıxıb. 2015-ci ildə Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsində çin musiqisinin ən yaxşı ifasına görə mükafat alıb. 2017-ci ildə Almaniyada baş tutan dirijorların Şolti adına beynəlxalq müsabiqəsində üçüncü yerə çıxıb. 2018-ci ildə isə Amerikanın gənc dirijorların müsabiqəsində Şolti adına mükafata layiq görülərək, Amerikanın beş ən yaxşı dirijorundan biri seçilib...

...Təbiət qoynunda olmaqdan zövq alır. Mütaliə etməkdən yorulmur. Futbol oynamağı xoşlayır. Bədii yaradıcılıqla da məşğul olur. İndiyədək beş kamera və üç simfonik əsər bəstələyib...

Fərhad Azərbaycan musiqisinə də biganə deyil. Bu barədə Azərbaycan ictimaiyyəti məlumatsız olsa da, xeyli işlər görüb. 2013-cü ildə məşhur kamança ifaçısı İmamyar Həsənov və Montorey Gənclər Orkestrinin iştirakı ilə ABŞ-da ilk dəfə olaraq Azərbaycan simfonik musiqisindən ibarət konsert keçirilməsinə nail olub. Konsertdə onun dirijorluğu ilə Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün bəstələdiyi musiqilər səsləndirilib. 2018-ci ildə isə Montorey Simfonik Orkestrinin iştirakı ilə daha bir konsert təşkil edib. Həmin konsertdə balaban ifaçısı Nicat Məsimov, nağara ifaçısı Natiq Şirinov və piano ifaçısı Abuzər Manafzadə də iştirak ediblər...

Həlim, gülərüz, mehriban gəncdir. Ana dilində sərbəst danışa bilməsə də, fikirlərini ifadə etməyi yaxşı bacarır. İngilis, rus, alman dillərində danışa bilir. Türkmənistanda, ABŞ-da boya-başa çatsa da, milli kimliyini unutmur və nə vaxtsa, haradasa kimsə soruşanda azərbaycanlı olduğunu fəxrlə söyləyir.


İnanıram ki, bu istedadlı, gənc dirijor Azərbaycan musiqisini Amerikada hələ çox tanıdacaq...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32 “Qırmızı Şaman”ın izi ilə... - I YAZI 23 Sentyabr 2019, 08:13 Bu gün Azərbaycana payız başlayır 23 Sentyabr 2019, 07:52 Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32