Modern.az

Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər

Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər

Aktual

19 İyun 2019, 09:29

Bəzən hicablı xanımların kişilərlə əl tutub görüşüb-görüşməməsi müzakirə mövzusuna çevrilir. Bəs hicablı qadınlar kişilərlə əl-ələ görüşə bilərmi?

 

Dinşünas Sabirə Dünyamalıyeva Modern.az-a açıqlamasında deyib ki, dində qadınların kişilərlərlə əl görüşmək qadağası yoxdur.

 

“Ümumiyyətlə etikada belə qayda var ki, kişi salam verər, qadın əl uzadar. Burda günahlıq bir iş yoxdur. Quranda belə qanun yoxdur ki, qadınla kişi görüşməsin”.

S.Dünyamalıyeva bildirib ki, Quranda baş kəsmək, oğurluq etmək kimi ciddi məsələlər öz əksini tapır.

 

“Bəzən kişilər əl uzadıb salamlaşanda hicablı qadınlar əllərini çəkirlər. Təbii ki, bu onun şəxsi işidir. Lakin beynəlxalq etika qanunlarında da var ki, kişilər əl uzatmasın".

 

Nuranə DAXİLQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi